Müasir kompüterlərdə Corc Bul (1815-1864) tərəfindən yaradılmış
məntiq sistemi tətbiq olunur. Kompüterdə verilənlərin emalı zamanı
prosessor riyazi və məntiqi əməlləri yerinə yetirir.
Məntiq təfəkkürün
qanunları və formaları haqqında elmdir. "Məntiq" termini ərəb
dilindən tərcümədə “söyləmə, danışma” anlamını verən “nitq”
sözündəndir.
Bul məntiqinin əsas obyekti mülahizədir.
Mülahizə doğru, yaxud yalan
ola bilən hər hansı nəqli cümlədir. Mülahizədə nəsə ya təsdiq, ya da
inkar olunur; məsələn:
“a səsi saitdir” doğru
mülahizə,
“Araz çayı Qara dənizə tökülür”
isə yalan mülahizədir.
Yalnız iki mümkün məntiqi qiymət vardır: doğru və yalan. Onlan çox
zaman "True" və "False" ingilis sözləri ilə göstərir və qısaca "T" və
"F" kimi yazırlar. Məntiqi qiymətləri ikilik hesabın simvolları -
sıfır (0) və birlə (1) də ifadə etmək olar. Bir (1) olaraq doğru,
yaxud yalan götürülməsi o qədər də önəmli deyil. Adətən, "doğru"
olaraq "1", "yalan" olaraq isə "0" qəbul edilir.
Mülahizələr
məntiqi əməllər vasitəsilə
birləşib
məntiqi ifadələr əmələ
gətirir. Mülahizələr üzərində üç əsas əməl yerinə yetirmək olar:
• inversiya (məntiqi inkar);
• dizyunksiya (məntiqi toplama);
• konyuksiya (məntiqi vurma).
Məntiqi inkar. Məntiqi
inkar unar (biryerli) əməldir, çünki onda bir mülahizə iştirak edir,
başqa sözlə, onun bir arqumenti var. Mülahizələri, adətən, böyük və
ya kiçik latın hərfləri ilə işarə edirlər; məsələn: A, B, C, x,y, z.
Məntiqi inkar əməlini DEYİL ədatı (
A DEYİL),
simvolu (
A), yaxud
mülahizənin üzərində xətlə (
A ) işarə edirlər. İnkar əməli nəticəsində
mülahizənin
məntiqi qiyməti əksinə çevrilir, yəni doğru mülahizə yalan, yalan mülahizə isə doğru
olur. Bunu aşağıdakı cədvəlin köməyi ilə də göstərmək olar:
Məntiqi inkar əməlinin doğruluq cədvəli
|
A
|
A
|
Doğru
|
Yalan
|
Yalan
|
Doğru
|
İlkin ifadələrin bütün mümkün qiymətlərindən və əməliyyat nəticəsində alınan
qiymətlərdən ibarət cədvələ doğruluq cədvəli deyilir.
Məntiqi toplama (dizyunksiya). Məntiqi toplama binar əməldir, çünki onda iki
mülahizə iştirak edir, yəni onun iki arqumenti var. Bu əməli "VƏ YA" bağlayıcısı,
simvolu, bəzən isə "+" simvolu ilə işarə edirlər.