nəticəsində kompüterlərin ölçüləri o qədər kiçildi ki, dördüncü nəsil kompüterlərini
çox zaman mikrokompüterlər də adlandırırlar. Qiymətləri
nisbətən ucuz olduğundan
bu nəsil kompüterləri müəssisələrin ayn-ayn şöbələri, laboratoriyaları əldə edə bildi.
Çox böyük inteqral sxemlərə keçid kompüterlərin
ölçülərini elə kiçiltdi ki, ayrı-ayrı iş yerlərini onlarla
təchiz etmək imkanı yarandı. Həmin vaxtdan yeni
termin
- fərdi kompüter yarandı.
Ötən dövr ərzində fərdi kompüterlərin özləri də o
qədər inkişaf edib ki, onların modellərini bir neçə
nəslə ayırmaq olar.
Kompüterlərin beşinci nəsli. Kompüterlərin beşinci nəsli
gələcəyin kompüterləridir.
Onlar süni intellektə malik olacaqdır. Bu kompüterlər insanların təbii dilini başa
düşəcək, informasiyanı əlyazmalardan və ya çap olunmuş mətnlərdən qəbul edib
emal edəcək, istifadəçini onun səsindən tanıyacaqdır. Beşinci nəsil kompüterlərdə
verilənlərin emalı əvəzinə biliklərin emalı baş verəcək, yəni süni intellektə malik
kompüterlər sərbəst surətdə yeni biliklər yaratmağa qadir olacaqdır.
Dünyanın ayrı-ayrı ölkələrində (Yaponiyada, ABŞ-da və s.) bu istiqamətdə
tədqiqatlar aparılır. Hazırda insanın səsini tanıyan intellektual sistemlər mövcuddur.
Artıq superkompüterlər yaradılmışdır. Hesablamaların
paralel aparılmasına görə bu
kompüterlərin sürəti adi kompüterlərin sürətindən çox-çox yüksəkdir; məsələn,
Çində quraşdırılmış “Sunway TaihuLight” adlanan superkompüterin 40960
prosessoru (cəmi 10.7 milyon nüvə) paralel işləyir. 605 m2 sahəni tutur. Operativ
yaddaşının həcmi 1.31 petabayt olan bu superkompüterdən, əsasən, "böyük verilənlər"in analizində
istifadə olunur.
Sunway TaihuLight superkompüteri (Çin)