•
Avtomatlaşdırılmış idarəetmə sistemləri (automatized management
system), yaxud sənaye nəzarət sistemləri (industrial control
systems, ICS)
- bu növ informasiya sistemləri ayrı-ayrı texnoloji proseslərin
idarə edilməsindən tutmuş bütöv bir müəssisənin və istehsalın tam
bir sahəsinin idarə edilməsinədək çox geniş sahəni əhatə edir.
•
Coğrafi informasiya sistemləri (geographic information systems,
GIS)
- Yerin xəritələri, planlar, sxemlər və bu kimi fəza
verilənlərinin daxil edilməsi, emalı, saxlanması və əks
etdirilməsi ilə bağlı proqram sistemləri sinfidir.
Açar
sözlər
• İnformasiya və ölçü
sistemləri
• İnformasiya-axtarış
sistemləri
• Elektron sənəd
dövriyyəsi sistemləri
• Avtomatlaşdırılmış
layihələndirmə sistemləri
• Ekspert sistemləri
• Avtomatlaşdırılmış
idarəetmə sistemləri
• Coğrafi informasiya
sistemləri
• Öyrədici informasiya
sistemləri
•
Öyrədici informasiya sistemləri (learning information
systems)
- bu növə hər cür elektron dərsliklər, kompüter testləri,
öyrədici proqramlar, eləcə də hansısa qurğunun (təyyarənin,
avtomobilin və s.) işini imitasiya edən trenajorlar aid edilir.
Bu sistemlərdən tədris prosesində, müxtəlif sahələrdə işçilərin
hazırlanmasında və ixtisaslarının artırılmasında istifadə
edilir.
1.
İnformasiya sistemlərinin tətbiq sahələri üzrə yuxanda verilmiş
təsnifatı mütləq deyil. Gerçək sistemlər müxtəlif növ
informasiya sistemlərinin imkanlarını özündə birləşdirə bilər.
İnternetdə axtarış edərək belə təsnifatların daha ikisi ilə
tanış olun. Dərslikdəki təsnifatda verilmiş informasiya
sistemlərinin hansı növü tapdığınız digər təsnifatlarda da var?
2.
"Fəaliyyət" bölümündə verilmiş informasiya sistemlərinin növünü
müəyyənləşdirin.
Özünüzü yoxlayın
1. İnformasiya sistemləri
hansı əlamətlərə görə təsnif edilir?
2. İnformasiya və ölçü
sistemlərindən hansı sahələrdə istifadə olunur?
3. Avtomobil trenajorları
informasiya sistemlərinin hansı növünə aiddir?
4. "Elektron sənəd
dövriyyəsi" nə deməkdir?
5. Aşağı siniflərdə tanış
olduğunuz SketchUp proqramı təsnifatdakı hansı növ informasiya
sistemlərinə uyğundur?