ENIAC-da komponent bazasının əsası kimi vakuum lampalarından istifadə olunmuşdu. Kompleksə 17468
lampa, 7200 silisium diod, 1500 rele, 70000 rezistor və
10000 kondensator daxil idi. Onun işləməsi üçün 150 kilovat güc tələb olunurdu.
Hesablamalar onluq sistemi ilə aparılırdı və 1 saniyədə 300 vurma əməli, yaxud 5000
toplama əməli yerinə yetirilirdi. Çəkisi 30 ton olan bu maşın təxminən 167 m2 sahə
tuturdu.
1950-ci ildə Sovet İttifaqında istismara verilmiş МЭСМ (Малая электронная счËтная машинa – kiçik
elektron hesablama maşını) adlanan maşın da bu nəslin nümayəndəsidir.
İri ölçüləri, yüksək enerji məsrəfi, xidmətin mürəkkəbliyi və etibarlı olmaması ilə
fərqlənən bu nəsil EHM-lər XX əsrin 60-cı illərinin əvvəlinədək istismarda qaldı.
Kompüterlərin ikinci nəsli. 1947-ci ildə Uilyam Şoklinin
(1910-1989) rəhbərliyi
altında bir qrup amerikalı fizik tranzistor adlanan yarımkeçirici element hazırladı.
Ölçüsünə, enerji məsrəfinə və etibarlılığına görə tranzistorlar lampalı triodlardan
dəfələrlə üstün idi.
Bu tranzistorlar ikinci nəsil kompüterlərin element bazası oldu. Bir tranzistor 40
elektron lampanı əvəz edir, böyük sürətlə işləyir, ucuz və etibarlı idi. İkinci nəsil
kompüterlərin istehsalına 1957-ci ildə başlandı və bu iş 60-cı illərin sonunadək davam etdi.
Kompüterlərin üçüncü nəsli. 1959-cu ildə ABŞ-ın Texas
Instruments şirkətinin
əməkdaşı Cek Kilbi (1923-2005) bir neçə tranzistoru, kondensatoru və rezistoru bir
yarımkeçirici mikrosxemdə birləşdirməyi təklif etdi. Beləliklə, ilk inteqral
mikrosxem yarandı.
1964-cü ildən başlayaraq inteqral mikrosxemlər üçüncü nəsil kompüterlərin baza
elementləri oldu. Qiymətlərinin aşağı düşməsi nəticəsində bu nəsil kompüterləri
artıq ali və xüsusi təhsil müəssisələri də əldə edə bildi.
Radiolampa
Tranzistor
İnteqral mikrosxem
Kompüterlərin dördüncü nəsli. Mikrosxemlərin istehsal
texnologiyası inkişaf
etdikcə onlarda yerləşdirilən elementlərin sayı da durmadan artırdı. 1970-ci ildə bir
mikrosxemdə olan tranzistorların sayı 100-dən artıq idi. Bu zamandan başlayaraq
kiçik inteqral, orta inteqral, böyük inteqral sxemləri fərqləndirməyə başladılar. İndi
inteqral mikrosxemlərdə milyonlarla element olur.
1970-ci illərdə böyük inteqral sxemlərdə yığılan kompüterlər meydana çıxanda
dördüncü nəsil haqqında danışmağa başladılar. İnteqrasiyanın yüksək səviyyəsi