Elektron hesablama maşınlarının meydana gəlməsi iki mühüm hadisə nəticəsində
mümkün oldu:
1. Məlum oldu kı, informasiyanı da ədədlər və sözlər kimi, ikilik formada göstərmək olar. Hər bir
ədəd və söz 1 və 0-lardan ibarət ardıcıllıq şəklində təsvir
olunur.
2. Ədəd və sözləri ikilik formada yadda saxlamağa imkan verən elektron qurğular ixtira olundu.
Kompüterlərin sonrakı inkişafını, ilk növbədə, elektronikanın tərəqqisi
müəyyənləşdirdi. Bu inkişafın nəticəsi olaraq "kompüterlərin
nəsilləri" termini
meydana çıxdı. Hər yeni nəsil özündən əvvəlkindən element bazasının dəyişməsi və
həll olunan məsələlər sinfinin önəmli dərəcədə genişlənməsi ilə fərqlənir. Praktikada
kompüterlərin müxtəlif element bazalarına (radiolampalar,
tranzistorlar, inteqral
sxemlər) malik yalnız ilk üç nəslini ayırmaq mümkündür. Element bazasının sonrakı
inkişafı yalnız sxem elementlərinin kiçilməsi və inteqrasiya dərəcəsinin artması ilə
əlamətdardır.
Kompüterlərin birinci nəsli. Birinci nəsil kompüterlərə
elektron hesablama
maşınları (EHM) deyirdilər. Bu nəslin ilk nümayəndəsi ENIAC (Electronic
Numerical Integrator And Computer - elektron ədədi inteqrator və hesablayıcı) idi.
1946-cı ildə ABŞ-da yaradılmış ENIAC-ın sxemləri elektron lampalar əsasında
yaradılmışdı. ABŞ ordusunun sifarişi ilə Ballistik Tədqiqatlar Laboratoriyasında atəş
cədvəllərini hesablamaq üçün yaradılmış ENIAC ən müxtəlif məsələləri həll edə
bilmək üçün yenidən proqramlaşdırılabilən ilk geniş miqyaslı, elektron, rəqəmli
kompüter idi. Kompüterin arxitekturası 1943-cü ildə Pensilvaniya Universitetinin
alimləri Con Presper Ekert və Con Uilyam Moçli tərəfindən işlənib-hazırlanmışdı.
ENIAC