desək, Paskal çoxmərtəbəli mexaniki sayğac ixtira etmişdi ki, ondan bu gün də
avtomobillərin spidometrlərində, elektrik sayğaclarında istifadə olunur.
Paskal on ildən artıq müddətdə öz maşınını daha da təkmilləşdirdi. Latundan, fil
sümüyündən və başqa materiallardan onun 50 nüsxəsini hazırladı ki, onların yalnız
səkkizi bu günə gəlib çatmışdır. Ancaq "Paskalina" adlandırılan bu maşın geniş
yayıla bilmədi. Birincisi, o yetərincə baha idi, ikincisi və ən başlıcası isə bu maşın
yalnız 6-10 mərtəbəli ədədlərin toplanması və çıxılması üçün nəzərdə tutulmuşdu.
Vurma və bölmə kimi çox zəhmət tələb edən əməliyyatlar isə mexanikləşdirilməmişdi. Belə imkanı əldə
etmək üçün daha 50 il gözləmək lazım oldu.
Paskalina
Blez Paskal
(1623-1663)
Çoxrəqəmli ədədlərin vurulması təkrar toplama kimi göstərilir. Kağızda “alt-alta”
vurmanı yerinə yetirərkən biz məhz belə hərəkət edirik. Bu alqoritmi Paskal
maşınında həyata keçirərkən bir neçə dəfə eyni bir vuruğu daxil etmək lazım gəlir.
Arabir həmin vuruq bir mərtəbə sola sürüşdürülür ki, bu da çox yorucudur.
1673-cü ildə görkəmli alman riyaziyyatçısı, filosofu, diplomatı Qotfrid Leybnis bu
problemin çox orijinal həllini təklif etdi. O, arifmometr
adlandırılan hesablama
maşınında iki prinsipial təkmilləşdirməyə nail oldu
Birincisi, eyni bir ədədi təkrar-təkrar daxil etmək üçün o, pilləli (hər bir mərtəbə
üçün bir pillə) vallar və döndərmə tutacağından istifadə etdi. Tutacağı bir dövrə
fırlatmaqla valdakı aralıq dişli çarxın mövqeyindən asılı olaraq verilmiş çevrə hissəsi
qədər onun dönməsinə nail olmaq mümkündür.
İkincisi, ədədlərin daxil edilməsi mexanizmini Leybnis hərəkət edən karetə
yerləşdirdi ki, həmin karet vurmanın növbəti mərhələsində cəmləyiciyə nəzərən bir
mərtəbə sola sürüşür (arifmometrlərin sonrakı konstruksiyalarında daxiletmə
mexanizmini hərəkətsizləşdirmək, cəmləyicini isə karetdə yerləşdirmək daha
əlverişli oldu, buna görə də cəmləyici sağa sürüşür).Beləliklə, vuruğu bir dəfə daxil
etməklə onu dəfələrlə sürüşmə ilə sayğaca daxil etmək olar. Nəticədə vurma əməli
yerinə yetirilmiş olar. Böləni təkrar-təkrar bölünəndən çıxmaqla bölmə əməli də
analoji qaydada aparılır. Bunun üçün qurğunun tutacağını başqa tərəfə fırlatmaq
lazımdır.