A
HESABLAMA TEXNİKASININ TARİXİ
İlk hesablama alətləri, çox güman ki, bu gün də bir çox məktəblərin
ibtidai siniflərində istifadə olunan
sayma çubuqları (çöpləri) olub. Bu alətlər getdikcə inkişaf
etdirilərək daha mürəkkəbləşib; məsələn, Finikiyada istifadə olunan
gil fiqurlar da sayılan əşyaların miqdarını əyani göstərmək üçün
nəzərdə tutulmuşdu. Bu alətlərdən, yəqin ki, o dövrün tacirləri və
hesabdarları istifadə edirdilər.
Hesablamaların həcmi artdıqca və böyük ədədlərlə işləmək üçün
tədricən bu sadə alətlərdən daha mürəkkəb qurğular yaranmağa
başladı.
Təxminən e.ə. 1200-cü ildə Çində hesablamalar aparmaq üçün rəngli
kürəciklərin simə düzülməsi üsulundan istifadə edilirdi. Kürəciklər
taxta çərçivəyə bərkidilmiş simlərə düzülürdü. Birinci simdəki
kürəciklər təklikləri, ikincidəkilər onluqları, üçüncüdəkilər
yüzlükləri göstərirdi. Kürəcikləri simlər boyunca sola-sağa hərəkət
etdirməklə ədədləri toplamaq və çıxmaq olurdu. Belə qurğu
suanpan və ya
abak (abacus)
adlanırdı.
XX əsrin ortalarına qədər istifadədə olan çötkələr, demək
olar ki, abakdan
yaranmışdı. Lakin böyük ədədləri toplamaq, çıxmaq üçün çox vaxt tələb olunurdu.
XVII əsrin əvvəllərində təbiət elmlərində riyaziyyat aparıcı rol oynamağa başladı.
Bu zaman fizik və astronomlar çox uzun və mürəkkəb riyazi hesablamaların
aparılması zərurəti ilə üzləşdilər. Bu cür hesablamaları qısa vaxt ərzində aparmaq
üçün daha mükəmməl alətlər tələb olunurdu. Abakın, yaxud çötkənin başlıca
çatışmazlığı mərtəbə dolarkən vahidlərin yüksək mərtəbəyə əllə keçirilməsi idi. Bu
prosesi daşlar üzərində mexanikləşdirmək mümkün olmadı. Bunun üçün rəqəmlərin
sayı qədər, yəni 10 dayanıqlı vəziyyətə malik olan mexanizm ixtira etmək lazım idi.
Bu işi dahi fransız riyaziyyatçısı Blez Paskal 19 yaşında ikən həyata keçirdi. Uzun
axtarışlardan sonra Paskal o dövr üçün kifayət qədər mürəkkəb olan 10-dişli çarx
ixtira etdi. Hər bir çarxın üzərində onun dişlərinə uyğun olaraq 0-dan 9-a qədər
rəqəmlər yazılır. Çarxın bir diş qədər fırlanması həmin mərtəbənin bir vahid
artmasına uyğundur. Birinci çarx bir dövr fırlanıb 9 rəqəminə çatanda xüsusi mexanizm ikinci çarxı
avtomatik olaraq bir diş qədər hərəkət etdirir. İkinci çarx 9 rəqəminə çatanda üçüncü çarx avtomatik
olaraq bir diş qədər fırlanır və s. İndiki sözlə