keyfiyyəti haqqında məlumat verə bilər. Əgər üslub özündənrazı və subyektivdirsə,
siz ondan istifadəni ikincidərəcəli hesab edə bilərsiniz.
Veb-saytdakı informasiyanı qiymətləndirərkən ən vacib məsələlərdən bırı informasiyanın nə vaxt
saytda yerləşdirilməsi və onun yenilənmə tezliyidir. Bəzi saytların
başqalarına nisbətən daha tez-tez yenilənməsi lazımdır. Tibbi, yaxud texnoloji məlumatlar tarixi
məlumatlarla müqayisədə daha tez-tez yenilənməlidir. Vaxtı ötmüş
informasiya sizə tələb olunan nəticəni verməyə bilər. Saytda ölü
istinadlar, yəni
uzun müddət aktiv (işlək) olmayan istinadlar varmı? Ölü istinadların olması vebsaytdakı
informasiyanın yenilənmədiyinə dəlalət edə bilər.
İstinadlar vasitəsilə veb-saytda sürətlə gəzişmək effektli saytın çox önəmli elementlərindəndir.
Veb-saytın birinci səhifəsi saytın necə təşkil olunduğunu və mümkün seçim variantlarını göstərməlidir.
Saytda hərəkət etmək üçün səhifədəki istinadlardan istifadə olunur. Bəzi səhifələrdə
çoxlu sayda istinad olur, digərlərində bir neçə ola bilər. Buna baxmayaraq istinadlar
asan tanınmalı, məntiqi qruplaşdırılmalı və istinad etdiyi səhifənin mövzusuna
uyğun gəlməlidir.
Tez-tez istifadə etdiyiniz sayta daxil olun və aşağıdakı sualları cavablandırmaqla
onu qiymətləndirin:
• Saytın müəllifinin kimliyini müəyyənləşdirə
bilirsinizmi?
• E-poçt ünvanı verilibmi? Saytın açılmasına sərf olunan
zaman
məqbuldurmu?
• Ekranda mətn aydın oxunurmu?
• Komandalar və göstərişlər icra üçün asandırmı?
• İnformasiya cari zamana uyğundurmu?
• Axtarış apararkən gözlədiyinizimi əldə edirsiniz?
• İnformasiya müntəzəm yenilənirmi?
Özünüzü yoxlayın
1. Saytı İnternetdə nəşr etməyin hansı yolları var?
2. "Domen adı" nədir?
3. Domen adına görə saytın İnternetdə gerçək ünvanı necə müəyyən olunur?
4. Hostinq xidməti nə üçün lazımdır?
5. Saytda ölü istinadların olması nəyin göstəricisidir?