Sonda hər bir İnternet istifadəçisi üçün çox faydalı olan bir
məsələyə də nəzər salaq. İnternetdə hər kəs informasiya yerləşdirə
bildiyindən oradakı informasiyalar həmişə dəqiq və etibarlı olmur.
Ona görə də İnternetdən əldə olunan informasiyadan istifadə edən
hər kəsin onun götürüldüyü
veb-saytı qiymətləndirə bilməsi çox
vacibdir.
Bu maraqlıdır
Netcraft şirkətinin dərc etdiyi analitik hesabata görə, 2017-ci
ilin oktyabrında İnternetdəki saytların sayı 1 815 237 491 olub.
Şirkətin ilk hesabatı 1995-ci ilin avqustunda elan edilmişdi.
Onda şəbəkədə yalnız 18 957 sayt var idi.
Veb-də olan səhifələr müxtəlif görünüşlərə malikdir. Bəzi səhifələr şəkillər, səslər,
animasiyalar, istinadlar və müxtəlifin formasiyalarla dolu olur. Onlardan bəziləri çox
cəlbedici, digərləri isə çox sadə ola bilər. Sayt çox cəlbedici ola bilər, ancaq
məzmunca sizi qane etməyə bilər. Veb-səhifəni açdıqda ilk olaraq bəzi amillərə
diqqət yetirilməlidir:
• Səhifənin yüklənməsi çox vaxt aparırmı?
• Bu səhifədəki informasiyanı kim yazıb?
• Müəlliflə necə əlaqə qurmaq olar?
• Sayt sonuncu dəfə nə vaxt yenilənib?
• Başqa veb-səhifələrə müvafiq istinadlar varmı?
• İstinadları yerinə yetirmək asandırmı?
• Səhifənin başlığına görə onun nə haqda olmasını demək olarmı?
• Səhifədəki informasiya sizin üçün faydalıdırmı?
• İnformasiya nə dərəcədə yenidir?
• Buradakı informasiya başqa yerdən tapdığınız informasiyaya ziddirmi?
Yüksək səviyyəli resurs öz müəllifini və ya naşirini tanıdır. Resursun yaradıcısının
etibarlı mənbə olub-olmadığını müəyyənləşdirmək üçün sizin kifayət qədər
informasiya tapmaq imkanınız olmalıdır. Müəllif hansı bilik və bacarıqlara, yaxud
nüfuza malik olmalıdır ki, bu ona informasiyanı yaymaq səlahiyyəti versin? Əgər siz
müəllifin adını tapa bilirsinizsə, ancaq onunla əlaqə məlumatı görünmürsə, axtarış
sistemindən istifadə etməklə müəllifin adına görə axtarış apardıqda müəllif haqqında
ətraflı məlumat tapmaq olar. Əgər veb-saytda müəllifin e-poçt ünvanı göstərilmişsə,
məlumat üçün bilavasitə onun özünə müraciət edə bilərsiniz.
İnformasiyanın götürüldüyü mənbəyə etibar etmək olarmı? İstər orijinal olsun, istərsə də başqa
mənbədən götürülsün, informasiyanın mənbəyi aydın göstərilməlidir.
Səhifənin xarici görünüşünün də önəmi vardır. Səhifədə orfoqrafik və qrammatik
səhvlər olmamalıdır. Səhifədə hətta dəyərli məlumatlar olsa belə, orfoqrafik səhvlər
və düzgün olmayan qrammatika həmin məlumatların düzgünlüyünə şübhə yaradır.
Sayt sahibinin məqsədlərini başa düşdüyünüzə əmin olun. O, mal və ya xidmətlər
satmaq istəyirmi? O, ictimai rəyə təsir göstərməyə cəhd edirmi? İnformasiyanın
həqiqiliyini müəyyənləşdirmək üçün başqa resursları, məsələn, oxşar informasiyanın
olduğu kitab və jurnalları da yoxlayın. İstifadə olunmuş yazı üslubu və dili də saytın