4.
Events mövzusunu çıqqıldadın. Müxtəlif şablonlar açılacaq. Onların arasından
mövzunuza uyğun birini tapıb (məsələn: Theater Company) seçin.
5.
Seçdiyiniz şablonu redaktə etmək üçün Edit düyməsini çıqqıldadın. Şablonun
redaktəsi pəncərəsi açılacaq.
6.
Bu şablonu zövqünüzə uyğun istənilən kimi (menyu bəndlərinin adlarını, şrifti, hər
bir səhifənin fon görüntüsünü, elementlərin yerlərini və s.) dəyişdirə bilərsiniz.
7.
Tərtibat və dizayn işlərini bitirdikdən sonra Publish düyməsini çıqqıldadın.
Layihəniz üçün domen seçmək təklif olunacaq. Wix xidməti bütün istifadəçilərə
saytlarını saxlamaq üçün ödənişsiz "meydança" təqdim edir.
8.
Ancaq saytınızın öz ünvanının olmasını istəyirsinizsə, Connect your own
customized domain variantını seçin. Ancaq unutmayın ki, bu halda siz müəyyən
ödəniş etməli olacaqsınız.