Məşhur "Nə? Harada? Nə zaman?" intellektual oyununda hər bir
suala bəzi elementləri verilməmiş informasiya bloku və ya
hətta
informasiya sistemi kimi baxmaq olar. Sual müəllifi
preambulada
"geniş kütləyə", o cümlədən oyunçulara, adətən, az tanış olan
hansısa informasiya verir. Müəllif hesab edir ki:
• əlavə informasiya oyunçuların
yaddaşındadır;
• aşkar verilmiş elementlər əlavə
informasiya "elementlərini" oyunçuların daşından "çəkib
çıxartmağa" yardımçı olacaq;
• verilmiş və yeni elementlər
arasında əlaqə (məna əlaqələri, çünki söhbət informasiya
sistemindən gedir) qurulacaq;
• aşkar olmayan informasiya
elementlərini bərpa etməklə oyunçular sualın preambulası ilə
axtarılan cavab arasında məna əlaqələrini izləyə biləcəklər.
Bəs əlavə informasiya necə "çıxarılır"? Ənənəvi qaydada, yəni
özünə verdiyi suallarla. Hansı suallann verilməli olduğunu isə
sualın özü diktə edir.
Sual:
Bir çox ərəb qəsəbələrində, adətən, onun mərkəzində yerləşən
ictimai sobalar var və ilin bir neçə ayı qəsəbə sakinləri öz
ailələri üçün çörəyi həmin sobalarda bişirirlər. Hər bir
ailənin evdə sobası olduğu halda nə üçün onlar ictimai
sobalardan istifadə edirlər?
Bu tam olmayan informasiya sisteminin elementlərini nəzərdən
keçirək:
• söhbət ərəb qəsəbələrindən gedir;
• söhbət bu qəsəbələrdəki ictimai
sobalardan gedir;
• bu sobalardan ilin bir neçə ayı
istifadə olunur.
Birinci və ikinci informasiya elementindən hansı əlavə
informasiya ala bilərik? Ərəblərin yaşadığı istər Ərəbistan
yarımadasında, istərsə də Afrika ölkələrində hava çox isti olur.
Sobalar da, təbii ki, istilik yayır. Bəs evdəki sobadan nə vaxt
istifadə etmək əlverişli deyil? Əlbəttə ki, yay aylarında.
Beləliklə: ərəb ailələri öz evlərindəki sobalardan yayda - hava
çox isti olanda istifadə etmirlər.