TARİX
İlk saytlar 1990-cı ıllənn başlanğıcında yaradılıb. Bu saytlar HTML dilində "əllə"
yazılırdı. Sonradan saytlar hazırlamaq üçün xüsusi proqram təminatları yaradıldı və
1998-ci ilədək belə proqramların içərisində Dreamweaverz liderlik
edirdi. 1994-cü ildə
meydana xüsusi proqramlaşdırma bacarığı tələb etməyən ilk sayt
konstruktoru -
Geocities çıxdı. Hazırda ən müxtəlif növ saytlar yaratmağa imkan
verən çoxlu sayda
sayt konstruktorlan mövcuddur.
Bölümün başlanğıcında qeyd edildiyi kimi, veb-saytlar yaratmaq və onlan İnternetdə
yerləşdirməyin ən sadə yolu sayt qurucularından və ya sayt konstruktorlarından
(site builder) istifadə etməkdir. Sayt qurucuları istifadəçilərə xüsusi şablonların
köməyi ilə heç bir ödəniş etmədən öz veb-saytlarını yaratmaq imkanı verir. Hazırda
veb-sayt qurucuları bazarında Wix, A5, uKit, Umi kimi məhsullar daha populyardır.
İndi gəlin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı veb-saytı
Wix konstruktorunda hazırlayaq.
Wix konstruktorunda saytın yaradılması
1.
Brauzer proqramında wix.com saytını açın.
2.
Əgər ilk dəfə bu saytı ziyarət edirsinizsə, sağ yuxarı küncdəki Sign İn düyməsini
çıqqıldadıb qeydiyyat səhifəsinə daxil olun və saytda qeydiyyatdan keçin.
3.
Create Your Website düyməsini çıqqıldadın. Yeni səhifə açılacaq və sizə seçmək
üçün müxtəlif mövzular təklif olunacaq.