Açar
sözlər
• Saytın nəşri
• Veb-server
• FTP protokolu
• FTP-server
• FTP-müştəri
• Domen adı
• Hostinq
• Saytın
qiymətləndirilməsi
• Ölü istinad
sorğusu əsasında bu sayt üçün
kök qovluğu yaradır.
İstifadəçi FTP-müştəri adlandırılan xüsusi proqram
(məsələn: CuteFTP) vasitəsilə FTP-serverə qoşulur və yeni
yaradılmış kök qovluğa öz saytının fayllarını göndərir. FTP-serverə
qoşulmaq üçün istifadəçi öz adını və parolunu daxil etməlidir.
Bunları ona serverin administratoru verir. FTP protokolunun
özəlliyi ondadır ki, istifadəçi (müştəri) FTPserverlə öz
kompüterinin lokal diski kimi işləyir; o, fayllar və qovluqlar
yarada, istədiyi yerə onları köçürə və ya yerini dəyişə bilər.
Nəhayət, administrator veb-serveri elə kökləyir ki, server yeni
saytı "görsün".
Bəzi
veb-redaktor proqramlarında
saytın idarə edilməsi funksiyaları vardır, yəni həmin proqram
yaradılmış saytı FTP protokolu ilə nəşr etməyə imkan verir. Belə
proqramlara örnək olaraq Macromedia Dreamweaver, Microsoft FrontPage
kimi proqramları göstərmək olar.
Bildiyiniz kimi, hər bir saytın İnternetdə öz adı-
domeni və ya domen adı var. Tam domen adı bir-biri ilə
nöqtə ilə ayrılan bir neçə hərf-rəqəm ardıcıllığından ibarət olur;
məsələn:
informatika.edu.az. Adətən,
"domen adı" dedikdə "tam domen adı" nəzərdə tutulur.
Sayta daxil olmaq üçün istifadəçi brauzerin ünvan zolağında onun
domen adını yazır. Ancaq bilmək lazımdır ki, saytın İnternetdə
gerçək ünvanı domen adı deyil, onun
IP-ünvanıdır. Saytın domen
adına görə onun IP-ünvanını
DNS serverləri
müəyyənləşdirir.
"Domen adı" və "hostinq" anlayışları bir-biri ilə sıx bağlıdır.
Hostinq dedikdə
istifadəçinin veb-saytının provayderin serverində yerləşdirilməsi və
dəstəklənməsi nəzərdə tutulur. Hostinq xidməti, adətən, ödənişli
olur. Sual oluna bilər: hostinq xidmətinə nə ehtiyac var? Sayt
sahibi onu öz kompüterində saxlaya bilməzmi? Əslində, saxlaya bilər,
ancaq bu halda bir neçə problemin həll edilməsi lazımdır:
1. Həmin kompüter, yəni saytın saxlandığı kompüter daim işlək vəziyyətdə
qalmalıdır.
2. Daim İnternetə bağlı olmalıdır.
3. İnternetə bağlantı sürəti yüksək olmalıdır, çünki sayta eyni zamanda bir
neçə yerdən baxmaq istədikdə adi sürətli bağlantı yetərli olmayacaq.
4. Bundan başqa, həmin kompüterdə kifayət qədər mürəkkəb proqram
təminatı quraşdırılmalıdır.
Güründüyü kimi, saytın istifadəçinin öz kompüterində yerləşdirilməsi böyük
problemlər və xərclərlə bağlıdır. Ona görə də ən yaxşı həll yolu provayderin təklif
etdiyi hostinq xidmətindən yararlanmaqdır.