6.5
Saytlarin İnternetdə nəşrİ və onlarin QİYMƏTLƏNDİRİLMƏSİ
• "iP-ünvan" nədir və ondan
nə üçün istifadə olunur?
• "Domen adları sistemi" (DNS)
nədir və onun IP-ünvanla hansı əlaqəsi var?
FƏALİYYƏT
1.
Brauzer proqramını başladın və ünvan zolağında
www.speedguide.net/ip/
yığıb <Enter> klavişini basın.
2.
Açılan səhifənin Search İP address or hostname sahəsinə
e-derslik.edu.az yazıb <Enter> klavişini basın.
- Gostənlən ünvanda hansı resurs yerləşir?
- Həmin resursun yerləşdirildiyi serverin IP-ünvanı nəyə
bərabərdir?
Sayt yaradıldıqdan sonra onu veb-serverdə nəşr (elan) etmək
lazımdır. Saytın nəşri və
ya elan edilməsi dedikdə
saytı təşkil edən veb-səhifələrin, şriftlərin və qrafik faylların
veb-serverə yüklənməsi nəzərdə tutulur. Bunu bir neçə yolla etmək
olar:
1.
Hazırlanmış saytın faylları diskə, yaxud başqa bir informasiya
daşıyıcısına yazılır və veb-serverin administratoruna təqdim
olunur. Administrator verdiyiniz faylları serverdə müvafiq qovluğa
köçürür və proqram təminatını kökləyir.
2.
Bəzi ödənişsiz veb-serverlər istifadəçiyə öz saytının fayllarını veb-brauzer vasitəsilə yükləməyə imkan verir. İstifadəçi, sadəcə, daxiletmə sahələrinə lazım
olan faylların adlarını yazır və Submit (Göndər) düyməsini çıqqıldadır.
3.
Saytların veb-serverdə nəşri üçün üçüncü üsulun əsasını FTP protokolu
təşkil edir. Bu ən geniş yayılmış üsul olduğundan onun üzərində bir qədər
ətraflı dayanaq.
Veb-serverin administratoru FTP-server adlandırılan kompüterdə eyniadlı proqramı
başladır və kökləyir. Sonra saytını serverdə nəşr etdirmək istəyən istifadəçinin