Təqdimatı bütövlükdə deyil, onun bir hissəsini də veb-səhifə kimi saxlamaq olar.
Bunun üçün öncə Save As dialoq pəncərəsində
düyməsini
çıqqıldatmaqla Publish as Web Page dialoq pəncərəsini açmaq, sonra isə Slide
number variantını qeyd edib istədiyiniz intervalı göstərmək lazımdır.
Bu pəncərədə veb-səhifənin başlığını da dəyişə bilərsiniz. Bütün dəyişiklikləri
etdikdən sonra Publish düyməsini çıqqıldatmaqla pəncərəni qapadın. Bu halda yalnız
seçilmiş slaydlar veb-səhifə kimi saxlanılacaq.
PowerPoint proqramında "Kompüterin məntiqi əsasları" mövzusunda təqdimat
hazırlayın. Bunun üçün dərsliyin sonunda verilmiş yardımçı materiallardan, eləcə
də İnternetin imkanlarından istifadə edin. Yaratdığınız təqdimatı veb-səhifə kimi
saxlayın.
Özünüzü yoxlayın
1. PowerPoint proqramında hazırlanmış təqdimatı veb-səhifələr kimi saxlamaq üçün nə
etmək lazımdır?
2. Təqdimatı bütövlükdə veb-formata çevirdikdə nə baş verir?
3. Veb-səhifənin hansı parametrlərini kökləmək olar?
4. Təqdimatın yalnız müəyyən slaydlarını veb-səhifə kimi saxlamaq olarmı?
5. Veb-təqdimatı redaktə etmək üçün onun HTML-kodunu dəyişdirmək vacibdirmi?