Faylı saxladığınız qovluğa baxsanız, həmin qovluğun daxilində Computer_files adlı
qovluğun yarandığını görəcəksiniz. Təqdimatın bütün slaydları ayrıca veb-səhifə
kimi bu qovluqda saxlanılır. İndi Computer.htm faylını brauzer proqramında açın.
Göründüyü kimi, təqdimatın bütün slaydlarının adları brauzer pəncərəsinin solunda
siyahı şəklində (qara fonda ağ rənglə) yerləşib. Bu adların hər biri hiperistinaddır və
onlan çıqqıldatmaqla uyğun səhifəyə keçmək olar.