6.4
POWERPOİNT PROQRAMINDA VEB-TƏQDİMAT
• Təqdimatlarla işləmək
üçün PowerPoint proqramından başqa, hansı proqramı tanıyırsınız?
• Kompüterin əsas və
yardımçı qurğuları hansıdır?
FƏALİYYƏT
Microsoft PowerPoint 2007 proqramında 5 slayddan ibarət "Kompüterin
əsas qurğuları" adlı təqdimat hazırlayın. Birinci slayd titul
səhifəsi olsun, qalan 4 slaydın hər birini isə təməl qurğuların
birinə -sistem bloku, monitor, klaviatura və siçana həsr edin. Hər
slayda bir şəkil və bir neçə cümlədən ibarət mətn yerləşdirin.
- Slaydları hansı üsulla yaratdınız?
Microsoft PowerPoint proqramının kompüterdə elektron təqdimatlar hazırlamaq
üçün nəzərdə tutulduğunu bilirsiniz. Microsoft Office paketinə daxil olan başqa
proqramlarda olduğu kimi, bu proqramda da hazırlanmış sənədi (təqdimatı) vebformata çevirmək
funksiyası vardır.
PowerPoint təqdimatı, adətən, bir neçə slayddan ibarət olur və onların hər biri ayrıca
veb-səhifə kimi saxlanıla bilər. Bütöv təqdimatı isə strukturu onun strukturuna
uyğun gələn bir sayt kimi saxlamaq olar.
Elektron təqdimatın veb-səhifələrə çevrilməsi
1.
Microsoft PowerPoint 2007 proqramını başladın.
2.
"Fəaliyyət" bölümündə hazırladığınız sənədi açın.
3.
Proqramın baş pəncərəsinin sol yuxarı küncündəki
Office düyməsini, sonra
açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın.
Uyğun dialoq pəncərəsi açılacaq.
4.
Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page
(*.htm, *.html) variantını seçin.
5.
Fayla uyğun ad verin (məsələn: Computer) və ya əvvəlki adını dəyişməyin. Faylı
saxlamaq istədiyiniz qovluğu seçin və Save düyməsini çıqqıldadın.