olaraq nəticə fərqli ola bilər. Orijinala ən yaxın nəticə Internet
Explorer brauzerində alınacaq.
1.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi
stat.gov.az saytını açın. Saytın baş səhifəsində "İqtisadi
statistika" bölümündə "Telekommunikasiya və poçt" bəndini tapıb
çıqqıldadın. "İnformasiya texnologiyaları" alt bəndindəki
"Müəssisələrdə İKT-dən istifadənin əsas göstəriciləri" Excel
faylını tapıb endirin. Həmin faylı Excel proqramında açıb
diqqətlə gözdən keçirdin.
Veb-saytı olan müəssisələrin sayı necə dəyişir?
Ölkəmizdə kompüterdən istifadə etməyən müəssisələr varmı?
Sonda Excel faylını veb-səhifəyə çevirin.
2.
stat.gov.az
saytını Internet Explorer brauzerində açın və oradan Excel faylı
olmayan bir cədvəl tapın. Həmin cədvəli Excel cədvəlinə idxal
etmək üçün yuxarıda təsvir olunmuş üsuldan istifadə edin. Sonra
cədvəli tapdığınız veb-səhifəni başqa bir brauzerdə açın və onu
da Excel cədvəlinə idxal edin. Nəticələri müqayisə edin.
Hansı brauzerdən götürdüyünüz veb-cədvəl Excel-ə daha yaxşı
idxal olundu?
Özünüzü yoxlayın
1. Hansı halda Excel faylını veb-səhifəyə ixrac etmək zəruri olur?
2. İş kitabının bir hissəsini veb-səhifəyə necə çevirmək olar?
3. Excel faylını veb-səhifəyə çevirmədən saytda yerləşdirməyin hansı mənfi tərəfi ola
bilər?
4. Veb-səhifədəki cədvəli Excel-ə idxal etmək üçün nə etmək lazımdır?
5. Sizcə, nə üçün Internet Explorer brauzerində açılmış səhifədən cədvəllər Excel-ə daha
yaxşı idxal olunur?