Excel faylının veb-səhifəyə çevrilməsi
1.
Microsoft Excel 2007 proqramını başladın.
2.
"Fəaliyyət" bölümündə hazırladığınız sənədi açın.
3.
Proqramın baş pəncərəsinin sol yuxarı küncündəki
Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra
isə Other Formats bəndini çıqqıldadın. Uyğun dialoq pəncərəsi
açılacaq.
4.
Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını
açın və Web Page (*.htm, *.html) variantını seçin.
5.
İş kitabını bütövlükdə saxlamaq istəyirsinizsə, Save sahəsində
Entire Workbook variantının qeyd edildiyinə əmin olun. Yalnız
seçilmiş iş vərəqəni yadda saxlamaq istəyirsinizsə, Selection:
Sheet variantını qeyd edin.
6.
Sənədə uyğun ad (məsələn: Teatr)
verin, onu saxlamaq istədiyiniz qovluğu seçin və Save
düyməsini çıqqıldadın.
Bəzən veb-səhifələrdə çox faydalı cədvəllər olur və onları Excel-ə ötürüb emal
etmək lazım gəlir. Veb-səhifədən lazım olan verilənləri Excel cədvəlinə idxal etmək
çox asandır. Bunun üçün, sadəcə, brauzerdə həmin verilənləri seçdirmək, <Ctrl+C >
klavişlər kombinasiyasını basmaqla onları "yazı lövhəsi"nə (clipboard) köçürmək,
sonra isə cədvələ "yapışdırmaq" (paste) lazımdır. İstifadə olunan brauzerdən asılı