6.3
Excel cədvəllərİnİn veb-səhİfə kİmİ saxlanmasi
• HTML simgəsindəki
"böyükdür" və "kiçikdir" simvolları nəyi bildirir?
• HTML dilində cədvəl
yaratmaq imkanı olsa da, sizcə, nə üçün Excel fayllarının
veb-səhifələrə ixracına ehtiyac yaranır?
FƏALİYYƏT
Microsoft Excel 2007 proqramında aşağıdakı cədvəli hazırlayın.
- Bu cədvəli qrafik formada təqdim etmək üçün hansı diaqram növünü seçərdiniz?
- Sizcə, tamaşaçıların sayının belə dəyişməsi nə ilə bağlıdır?
Tutaq ki, hazırladığınız elektron cədvəl faylını saytda yerləşdirməlisiniz. Əgər
həmin faylı olduğu kimi (Excel formatında) yerləşdirsəniz, onu açmaq istəyən
istifadəçinin kompüterində Microsoft Excel proqramı quraşdırılmış olmalıdır. Bu
problemdən qaçmaq, yəni həmin faylın brauzerdə açılması üçün onu HTML
formatına çevirmək lazımdır. Microsoft Word proqramında olduğu kimi, Excel
proqramında da hazırlanmış sənədi veb-səhifə şəklində saxlamaq imkanı nəzərdə
tutulub.
Microsoft Excel elektron cədvəl sənədlərini İnternetdə yerləşdirmək üçün geniş
imkanlara malikdir. Elektron sənədlərin saxlanması və ya veb-də yerləşdirilməsi
zamanı istər iş kitabını bütövlükdə, istərsə də onun bir hissəsini HTML formatına
çevirmək olar.