İndi saytı sınaqdan keçirmək, yəni onu veb-brauzerdə açıb səhifələr
arasında gəzişməklə hiperistinadların düzgün qurulub-qurulmadığını
yoxlamaq olar.
Açar
sözlər
• Veb-sayt
• Veb-səhifə
• Hiperistinad
• Teq
• Baş səhifə
• Microsoft SharePoint
Designer
Onu da qeyd edək ki, Microsoft Word və, ümumiyyətlə, Microsoft
Office sənədlərinin veb-səhifələr şəklində saxlanılması veb-sayt
yaratmağın ən asan üsuludur. Bu üsul müxtəlif tədris
materiallarının - inşaların, referatların, məruzələrin,
təqdimatların şəbəkədə yerləşdirilməsi məqsədilə təhsil sahəsində
geniş tətbiq olunur. Ancaq mürəkkəb saytların hazırlanmasında bu
alətlərdən və metodlardan, demək olar ki,
istifadə edilmir, çünki alınan HTML-kodlar optimal olmur. Bu isə
onların redaktə edilməsini çətinləşdirir. Bundan başqa, alınan HTML
fayllarının ölçüsünün çox böyük olması veb-səhifələrin yavaş
yüklənməsinə səbəb olur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi veb-saytını bir daha
gözdən keçirdin. Saytın üstün və çatışmayan cəhətlərini qeyd edin.
Axtardığınız məlumatı orada asanca tapa bilirsinizmi?
Özünüzü yoxlayın
1. MS Word sənədini veb-səhifə kimi necə saxlamaq olar?
2. Səhifələrarası bağlantılar necə qurulur?
3. "Saytın baş səhifəsi" dedikdə nə başa düşürsünüz?
4. Tamaşalarda baş rolların ifaçıları haqqında veb-səhifələr yaradın.
5. Hazırladığınız veb-səhifələri hiperistinadlar vasitəsilə bir-birinə bağlayın.