1.2
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏSNİFATI
İnformasiya sistemləri insan fəaliyyətinin, demək olar ki, bütün
sahələrində tətbiq edilir: müəssisə və təşkilatların,
istehsalatın idarəedilməsində, elmi tədqiqatların təşkilində,
kitabxana işində, təhsildə, konstruktor və layihələndirmə
işlərində və s.
• "Təsnifat" termini nəyi bildirir?
FƏALİYYƏT
Belə bir cədvəl hazırlayın və verilmiş informasiya sistemləri
haqqında məlumat toplayaraq onun boş xanalarını doldurun.
№ |
İnformasiya sisteminin adı |
Müəlliflik hüququnun sahibi
|
Təyinatı |
1 |
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi |
|
|
2 |
"Giriş-çıxış və qeydiyyat" məlumat axtanş sistem |
|
|
3 |
GoMap |
|
|
- Bu informasiya sistemlərinin hər birində hansı növ informasiya
saxlanılır?
- İkinci məlumat sisteminin verilənlər bazasında açar sahə nədir?
İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin
rəngarəngliyi çoxlu sayda müxtəlif növ sistemlərin yaranması ilə
nəticələnmişdir. Bu sistemlər həm quruluş prinsipləri, həm də
informasiyanın emalı qaydaları baxımından bir-birindən fərqlənir.
Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə
təsnif etmək olar; məsələn: arxitekturaya, avtomatlaşdırma
dərəcəsinə, tətbiq sahəsinə və başqa əlamətlərə görə. Gəlin bu
təsnifatlardan biri - informasiya sistemlərinin tətbiq sahəsi, yaxud
təyinat üzrə növləri ilə yaxından tanış olaq.
•
İnformasiya və ölçü sistemləri (information and
measurement systems)
- araşdırılan obyektin durumu və parametrləri haqqında
informasiyanın xüsusi sensorlar vasitəsilə toplanması üçün
istifadə edilir. Bu sistemlər olmadan atomelektrik stansiyaları,
insan sağlamlığı üçün ziyanlı olan kimyəvi istehsalat kimi
sahələrin işini təsəvvür etmək belə çətindir. İnformasiya və
ölçü sistemləri təbabət, meteorologiya, seysmologiya, kosmik
uçuşlar və başqa sahələrdə geniş tətbiq edilir.
•
İnformasiya əldəetmə sistemləri, yaxud informasiya-axtarış
sistemləri (information retrieval systems, IRS)
- bu növə cürbəcür elektron lüğətlər, elektron ensiklopediyalar, normativ-hüquqi sənədlərin
saxlandığı informasiya sistemləri, eləcə də, sadəcə, informasiya mənbəyi rolunu oynayan və
əlverişli axtarış
imkanlarına malik sistemlər aiddir.