İndi yaratdığınız veb-səhifələri hiperistinadlar vasitəsilə bir-birinə bağlamağa çalışaq.
Veb-səhifəyə hiperistinadın əlavə edilməsi
1.
Koroğlu.htm faylını Microsoft Word 2007 proqramında açın.
2.
"Üzeyir Hacıbəyli" ifadəsini tapıb seçdirin və Insert menyusunda
Insert
Hyperlink düyməsini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq.
3.
Üzeyir Hacıbəyli.htm faylını çıqqıldadın. Faylın adı Address sahəsində əks olunacaq.
4.
OK düyməsini çıqqıldadın. "Üzeyir Hacıbəyli" ifadəsi hiperistinad kimi seçdiriləcək.
5.
Siçanın göstərcisini həmin hiperistinadın üzərinə aparın. İstinad faylının yolunu
göstərən ipucu açılacaq.
6.
<Ctrl> klavişini basıb saxlamaqla həmin istinadı çıqqıldadın. Brauzer
pəncərəsində
Üzeyir Hacıbəyli.htm faylı əks olunacaq.
7.
Brauzer pəncərəsini qapadın.
8.
Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın.
9.
Eyni qayda ilə baş səhifədə Repertuar yazısından eyniadlı veb-səhifəyə, orada isə
"Koroğlu" operası sətrindən uyğun veb-səhifəyə (Koroğlu.htm faylına) hiperistinad
vasitəsilə keçid qurun.
10.
Dəyişiklikləri yadda saxlayın.
11.
Word proqramını qapadın.