Microsoft Word 2007 proqramında belə bir sənəd hazırlayın.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Azərbaycan, AZ1001, Bakı, Nizami küçəsi, 95
Repertuar
Afişa
Bəstəkarlar
Aktyorlar
2.
Proqramın baş pəncərəsinin sol yuxarı küncündəki
Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra
isə Other Formats bəndini çıqqıldadın. Uyğun dialoq pəncərəsi
açılacaq.
3.
Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını
açın və Web Page ( *.htm, *.html) variantını seçin.
4.
düyməsini çıqqıldadın. Set Page
Title dialoq pəncərəsi açılacaq.
5.
Mətn sahəsinə Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı ifadəsini
daxil edin və OK düyməsini çıqqıldadın.
6.
Sənədə main.htm adını verin, Veb-səhifələr qovluğuna keçin və Save düyməsini
çıqqıldadın. Baş səhifə yadda saxlanılacaq.