Word proqramında veb-səhifənin yaradılması
1. Microsoft Word 2007 proqramını
başladın.
2. Belə bir sənəd hazırlayın.
“Koroğlu” operası
Bəstəkar: Üzeyir Hacıbəyli
Libretto:
Həbib İsmayılov,
Məmməd Səid
Ordubadi
İlk tamaşa: 30 aprel
1937-ci il
Ü.Hacıbəylinin "Koroğlu" operası Azərbaycan opera sənətinin ən
dəyərli nümunəsi və bəstəkarın yaradıcılığının zirvəsidir.
Operanın ilk tamaşası 1937-ci il aprelin 30-da İsmayıl
Hidayətzadənin quruluşunda Bakıda baş tutmuşdur. Tamaşaya
bəstəkarın özü dirijorluq etmişdir. Koroğlu rolunda isə böyük
Azərbaycan müğənnisi Bülbül çıxış etmişdir.
"Koroğlu" 1938 və 1959-cu illərdə SSRİ-nin paytaxtı Moskvada
keçirilmiş Azərbaycan mədəniyyəti ongünlüklərində böyük uğurla
nümayiş etdirilmişdir. Milli opera sənətimizin incisi sayılan
"Koroğlu" operası ötən illər ərzində bir neçə dəfə müxtəlif
quruluşda səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən hər zaman
çox sevilmişdir. Opera hazırda da teatrın repertuarında
layiqli yer tutur. Azərbaycan Opera və Balet Teatrı bir çox
illərdir ki, yeni mövsümünü "Koroğlu" operasının tamaşası ilə
başlayır.
Sənədin brauzer pəncərəsində necə görünəcəyinə baxmaq üçün
Web Layout düyməsini çıqqıldadın.
3.
Proqramın baş pəncərəsinin sol yuxarı küncündəki
Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra
isə Other Formats bəndini çıqqıldadın. Uyğun dialoq pəncərəsi
açılacaq.
4.
Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını
açın və Web Page (*.htm, *.html) variantını seçin. Sənədə
uyğun ad (məsələn: Koroğlu) verin,
onu saxlamaq istədiyiniz qovluğu seçin və Save düyməsini
çıqqıldadın.
5.
2-5 addımlarını təkrar etməklə daha bir neçə opera və ya balet
tamaşasına aid veb-səhifələr yaradın.
6.
Eyni qayda ilə həmin əsərlərin bəstəkarları (məsələn: Üzeyir
Hacıbəyli) haqqında aynca veb-səhifələr hazırlayın.
7.
Eyni qayda ilə teatnn repertuarında olan operaların və
baletlərin siyahısından ibarət "Repertuar" adlı veb-səhifə
hazırlayın.