6.2
Word proqraminda veb-səhİfənin hazirlanmasi
• Ofis proqramları paketinə hansı proqramlar daxildir?
• Microsoft Office paketinin hansı proqramı veb-saytların
yaradılması üçün nəzərdə tutulub?
FƏALİYYƏT
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi saytı (
operabalet.az ) ilə
tanış olun. Hiperistinadlardan istifadə etməklə saytın səhifələri arasında "gəzişin".
- Teatrın repertuarında hansı opera və balet tamaşaları var?
- Saytın dizaynı və səhifələrarası gəzişmə rahatlığı necə təmin olunub?
Mürəkkəb veb-saytlar yaratmaq üçün peşəkar veb-proqramçılar
xüsusi proqramlardan istifadə edirlər. Microsoft Office paketinin tərkibində də belə bir proqram -
Microsoft SharePoint Designer proqramı var. Ancaq sadə veb-səhifələr yaratmaq və
ya mövcud sənədi veb formatına çevirmək üçün yaxşı tanıdığınız Word proqramı da
yetərli imkanlara malikdir. Word proqramı hazırlanmış sənədi veb-səhifə kimi
saxlamağa, brauzerdə baxmağa, ona hiperistinadlar əlavə
etməyə imkan verir.
Word proqramında hazırlanmış sənədi veb-səhifə kimi saxladıqda həmin sənəd
HTML-koduna çevrilir. Sənədə səhifənin brauzer pəncərəsində
məhz necə əks
olunacağını göstərən xüsusi teqlər əlavə olunur. Word sənədinin veb-səhifəyə çevrilməsi zamanı
veb-brauzerin dəstəkləmədiyi bəzi parametrlər (məsələn: şəklin mətnlə
dövrələnməsi) istisna olmaqla formatlama parametrlərinin əksəriyyəti saxlanılır.
Sənədi veb-səhifə kimi saxlamazdan öncə onun brauzer pəncərəsində necə
görünəcəyinə baxmaq olar. Əgər görünüş sizi qane edərsə, onu veb-səhifə kimi
saxlamaq olar. Sənədi veb formatında əks etdirmək üçün Word proqramının status
zolağındakı
Web Layout
düyməsindən də yararlanmaq olar. Sənədi veb-səhifə
kimi saxladıqdan sonra onu Word redaktorunda açıb adi sənəd kimi redaktə etmək
olar.
Tutaq kı, cari mövsümdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
repertuarında olan tamaşalarla bağlı veb-sayt hazırlamalısınız.