Qrafik elementlərin üslubu
forma parametrləri - ölçü, rəng, faktura, eləcə də kölgə, parıltı,
şəffaflıq kimi müxtəlif effektlər vasitəsilə verilir.
Sənədlərin üslub cəhətdən savadlı tərtibatı üçün hazır şablonlardan
- mövzulardan istifadə etmək lazımdır. Sənədin xüsusi olaraq
işlənib-hazırlanmış tərtibat elementlərinin və rəng sxemlərinin
toplusuna mövzu deyilir.
Mövzunun köməyi ilə istər ayrıca səhifənin, istərsə də bütövlükdə
saytın tərtibat üslubunu vermək olar. Mövzular əsas mətnin,
başlıqların, hiperistinadların, siyahıların üslublarını, fonun
rəngini, "divar kağızlarını", cədvəlin sərhədlərinin rəngini və
qalınlığını, eləcə də başqa parametrləri müəyyənləşdirməyə imkan
verir. Bütün ofis proqramlarında mövzular təklif olunur, ancaq
onlardan daha çox təqdimatların və veb-saytların hazırlanmasında
istifadə edilir.
Eyni səviyyədə olan bütün səhifələrin tərtibatının üslubunun eyni
olması məqsədəuyğundur.
4. Saytın bilavasitə səhifələrinin
qurulmasına onun bütün elementlərinin (mətnlərin, şəkillərin)
hazırlanmasından başlamaq lazımdır.
5. Sonra bu elementləri və onlara uyğun
istinadları hazır şablonlara yerləşdirəcəyik. Saytın bütün
səhifələrinin fayllarını bir qovluqda, məsələn, Veb-səhifələr adlı
qovluqda saxlayacağıq. Bu, saytın veb-serverdə yerləşdirilməsini
asanlaşdırır. Əgər səhifələrin və ya görüntülərin sayı çox olarsa,
onların iç-içə qovluqlarda (məsələn: Veb-səhifələr\Foto\)
saxlanılması məsləhətdir. Baş səhifə faylına, adətən, index.htm və
ya main.htm adı verilir.
Yalnız faylları qovluqlarda yerləşdirdikdən sonra bır səhifədən başqasına keçidi
təmin edən hiperistinadlan yaratmaq olar. Baxdığımız nümunədə öncə aşağı
səviyyəli səhifələri, sonra baş səhifəni hazırlamaq və sonda aşağı səviyyəli səhifələrə
keçidləri təmin edən hiperistinadlan yaratmaq daha yaxşı olar. Bundan sonra oflayn
rejimdə istinadların işini yoxlamaq lazımdır.
6. Yalnız diqqətlə yoxladıqdan və yanlışlıqları düzəltdikdən sonra veb-saytı nəşr
etmək, yəni veb-serverdə yerləşdirmək olar.
Veb-layihənin "Fəaliyyət" bölümündə verilmiş mərhələləri ilə "İzahlar" hissəsində verilmiş mərhələlərini bir daha diqqətlə araşdırın.
Bu iki bölgü arasında ciddi fərq varmı? Sizcə, hansı bölgü daha məqsədəuyğundur?
Özünüzü yoxlayın
1. Veb-saytın işlənib-hazırlanmasını hansı mərhələlərə ayırmaq olar?
2. Veb-səhifənin tərtibat üslubu dedikdə nə nəzərdə tutulur?
3. Hansı halda saytın fayllarını iç-içə qovluqlarda saxlamaq əlverişlidir?
4. "Mövzu" nədir və ondan nə üçün istifadə olunur?
5. "Veb-saytın nəşri" nə deməkdir?