Bu mərhələlərin hər birinin mahiyyətini "Opera və balet teatrı layihəsi" üzərində
gözdən keçirək:
1. Aydındır ki, saytın əsas məqsədi tamaşaçıları teatrın repertuarı ilə
tanış etmək,
oynanılan əsərləri təbliğ etmək və insanları teatrın tamaşalarına cəlb etməkdir.
2. Layihənin işlənib-hazırlanmasına saytın informasiya modelinin
qurulmasından
başlanılır. Başlanğıc üçün saytın 7 veb-səhifədən ibarət olacağını müəyyənləşdirək.
Əyanilik üçün saytın strukturunu ağac informasiya modeli şəklində təqdim edək:
Sxemin ən yuxarı səviyyəsində, yəni ağacın kökündə saytın başlanğıc səhifəsi
göstərilib. Orada teatr haqqında ümumi informasiya (onun tam adı, fotoşəkli,
ünvanı) və hiperistinadlar yerləşdirilir.
Teatrın tam ad |
Teatrın fotoşəki |
Teatrın ünvanı |
Repertuar
|
Afişa
|
Bəstəkarlar
|
Aktyorlar
|
Sxemin ikinci səviyyəsindəki veb-səhifələr siyahı şəklində verilir; məsələn, "Afişa"
səhifəsində mövsüm ərzində göstəriləcək tamaşaların siyahısı (tarixlər
göstərilməklə) verilir. Bu səhifələrin hamısının strukturu təxminən eynidir, yalnız
bir-birindən məzmuna görə fərqlənir.
3. İndi saytın dizaynını müəyyənləşdirək. Veb-səhifələrin tərtibatı üçün
əsas struktur
elementlər mətn blokları (əsas mətn, başlıqlar, siyahılar, hiperistinadlar) və qrafik
obyektlərdir. Qrafik obyektlərə görüntülər (rəsmlər, fotoqrafıyalar, animasiyalar),
"divar kağızları" (fon rəsmləri), qrafik istinadlar, ayırıcı cizgilər aiddir. Elementləri
səhifələrin verilmiş yerlərində yerləşdirmək üçün cədvəllərdən istifadə edəcəyik.
Açar
sözlər
• Mətnin üslubu
• Qrafik elementlərin üslubu
• Mövzu
• Saytın nəşri
Veb-səhifənin elementlərinin uyğunluğu onun tərtibatının üslubunu müəyyən edir.
Mətnin üslubu formatlama parametrləri vasitəsilə verilir. Formatlama parametrləri dedikdə şrift,
onun ölçüsü və şəkli, sətirbaşı boşluqlar, düzləndirmələr, simvollararası və sətirlərarası
boşluqlar, habelə başqa parametrlər nəzərdə tutulur.