- tətbiqi proqramçı (applications programmer) verilənlər
bazasına sorğuları
gerçəkləşdirən proqramları işləyib-hazırlayan mütəxəssisdir.
Çox da böyük olmayan informasiya sistemlərində bütün bu sadalanan işləri, adətən,
bir-iki nəfərdən ibarət heyət yerinə yetirir.
5
İnformasiya sistemlərinin sonuncu komponenti prosesdir. Proses
(process)
arzuedilən nəticəyə və ya hədəfə nail olmaq üçün atılmış addımlar seriyasıdır.
Qeyd edildiyi kımı, istənilən informasiya sisteminin ayrılmaz hissəsi verilənlər
bazasının idarəolunması sistemidir (VBİS). İstifadə olunan VBİS-in tipi, adətən,
informasiya sisteminin miqyasına görə müəyyən edilir: kiçik informasiya sistemlərində lokal
VBİS-lərdən istifadə edilə bilər, irihəcmli (korporativ) informasiya
sistemlərində isə çoxistifadəçi rejimini dəstəkləyən müştəri-server arxitekturalı
güclü VBİS-lər tələb olunur. Hazırda Oracle, Informix, Sybase, DB2, MS SQL
Server kimi relyasiyalı VBİS-lər daha geniş yayılıb.
İnformasiya sisteminin yaradılması və istifadəsi gedişində istifadəçilərin tələbləri
dəyişə, yaxud dəqiqləşə bilər ki, bu da belə sistemlərin işlənib-hazırlanmasını və
müşayiət edilməsini daha da çətinləşdirir. Bu sadalanan çətinliklər xüsusi növ
proqram vasitələrinin yaranmasına səbəb olmuşdur. CASE
adlandırılan (ingiliscə:
Computer-Aided Software Engineering - kompüter dəstəkli proqram mühəndisliyi)
belə proqramlaşdırma mühiti kompüter proqramlarının işlənib hazırlanmasının,
planlaşdırma və modelləşdirmədən tutmuş kodlaşdırma və sənədləşdirməyədək
bütün mərhələlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulub.
İnformasiya sisteminin layihələndirilməsi zamanı həll edilməsi vacib olan məsələlərdən biri də
informasiya sisteminin məqsədlərinə uyğun olan əlverişli istifadəçi interfeysinin yaradılmasıdır. Bu çox mühüm
məsələdir, çünki istifadəçilər, adətən,
sistemin ümumilikdə keyfiyyətinə onun interfeysinə görə qiymət verirlər. Bundan
başqa, sistemin səmərəli istifadəsi interfeysin keyfiyyətindən çox asılıdır
İstədiyiniz mövzuda verilənlər bazası yaradın. Onu informasiya sistemi kimi
təhlil edin və beş əsas komponenti göstərin.
Özünüzü yoxlayın
1. "Sistem" dedikdə nə başa düşülür?
2. "İnformasiya sistemi" nədir və hansı əsas komponentlərdən
ibarətdir?
3. İnformasiya texnologiyaları kateqoriyasına hansı
komponentlər daxildir?
4. VBİS informasiya sistemində hansı rol oynayır?
5. İnformasiya sisteminin istifadəçiləri dedikdə kim nəzərdə
tutulur?