TeamViewer proqramında fərdi parolun yaradılması
1.
Siçanın göstəricisini parol sahəsinin (Password) önünə aparın. Password options
simgəsi yaranacaq.
2.
Həmin simgəni çıqqıldadın və açılan kontekst menyusunda Set personal password
bəndini seçin. TeamViewer Options dialoq pəncərəsi açılacaq.
3.
Fərdi parolunuzu daxil edin.
4.
OK düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın.
TeamViewer proqramının bütün mobil platformalar və müxtəlif əməliyyat sistemləri
üçün versiyaları da mövcuddur.
TeamViewer proqramının uzaqdan idarəetmə rejimi ilə yanaşı, başqa əsas iş
rejimləri də vardır: faylların ötürülməsi, gap xidməti, öz iş masanızın nümayişi.
File transfer rejimi başqa kompüterə fayl ötürməyə və ondan fayl qəbul etməyə
imkan verir.
Dostunuzla TeamViewer vasitəsilə bağlantı qurun və onunla qarşılıqlı fayl
mübadiləsi aparın.
Özünüzü yoxlayın
1. Uzaqdan idarəetmə proqramı vasitəsilə başqa kompüterə bağlanmaq üçün nəyi bilmək
lazımdır?
2. Kompüterin uzaqdan idarə edilməsi proqramlarının hansı üstünlükləri var?
3. TeamViewer proqramı kompüterin tanınma kodunu nəyə əsasən müəyyənləşdirir?
4. TeamViewer proqramının uzaqdan idarəetmə ilə yanaşı, daha hansı imkanları var?
5. Hansı halda fərdi paroldan istifadə əlverişli olur?