Kompüterlər və mobil qurğular TeamViewer tərəfindən bənzərsiz
tanınma koduna (ID) görə identifikasiya olunur. Bu tanınma kodu
TeamViewer birinci dəfə başladılan zaman avtomatik generasiya
olunur, avadanlığın xarakteristikalarına əsaslanır və sonradan
dəyişmir. Bütün TeamViewer bağlantıları şifrlənir və üçüncü şəxslərin
müdaxiləsindən qorunur.
TeamViewer vasitəsilə bağlantının qurulması
1.
TeamViewer proqramını başladın. Proqramın baş pəncərəsi
açılacaq və orada kompüterinizin tanınma kodu (Your ID) və ona
qoşulmaq üçün parol (Password) əks olunacaq.
2.
Yoldaşınızdan xahiş edin ki, o öz kompüterində TeamViewer
proqramını başlatsın.
3.
Yoldaşınızın kompüterinin tanınma kodunu (Your ID) və ona
qoşulmaq üçün parolu (Password) istəyin.
4.
Yoldaşınızın kompüterinin tanınma kodunu öz proqramınızda
Partner ID sahəsinə daxil edin.
5.
Remote control variantını qeyd edin.
6.
düyməsini çıqqıldadın. TeamViewer Authentication dialoq
pəncərəsi açılacaq.
7.
Yoldaşınızın kompüterinin parolunu daxil edin.
8.
Log On düyməsini çıqqıldadın. İndi siz onun kompüterinə
bağlandınız və öz kompüterinizin iş masasında yoldaşınızın
kompüterinin iş masasını görəcəksiniz.
Hər dəfə başladılanda TeamViewer təhlükəsizlik məqsədilə yeni müvəqqəti parol
generasiya edir. Əgər uzaqdan idarəetməni yalnız özünüz edirsinizsə və bu iş tez-tez təkrarlanırsa, hər dəfə yeni parolu yadda saxlamaq rahatsızlıq yaradır. Məhz bu
hallar üçün TeamViewer-də fərdi parol quraşdırmaq funksiyası gerçəkləşdirilib. Bu
daimi parolla işləmək rahatdır, çünki yalnız özünüzün bildiyiniz bu parol kompüter
yenidən yükləndikdə dəyişmir.