5.5
KOMPÜTERİN UZAQDAN İDARƏ EDİLMƏSİ
Ola bilər, belə bir vəziyyətlə qarşılaşmışsınız: uzaqda
olan bir dostunuz və ya qohumunuz sizə zəng edərək
kompüterdə nəyisə etməkdə ona yardımçı olmağınızı
xahiş edir. Ona kömək etməyə çalışsanız da, kompüteri
pis bildiyindən ya o sizin dediklərinizi anlamır, ya da
sizə nəyisə düzgün izah edə bilmir. Telefon danışığı
uzanır, nəticə isə yoxdur.
• Bu vəziyyətdən çıxış
yolunu
nədə görürsünüz?
• Dostunuzun
(qohumunuzun) evinə
getmədən onun problemini
necə həll edə bilərsiniz?
FƏALİYYƏT
TeamViewer proqramını İnternetdən endirib (
www.teamviewer.com ) kompüterinizə və
qoşulmaq istədiyiniz kompüterə quraşdırın.
Yaranmış problemin ən yaxşı həlli xüsusi proqramlardan - kompüterin uzaqdan
idarə edilməsi proqramlarından istifadə etməkdir. Bu proqramlar İnternetdən və ya
lokal şəbəkədən istifadə etməklə başqa kompüteri məsafədən idarə etməyə imkan
verir. Belə proqramlar birtərəfdən, yuxarıda təsvir olunmuş hal üçün, yəni təcrübəsiz
kompüter istifadəçisinə onun yanına getmədən və ya uzun-uzadı telefon danışıqlarına vaxt itirmədən
kömək etmək lazım gəldikdə çox əlverişli olur. Digər tərəfdən
evdə oturub işdəki kompüterinizdə işləmək, yaxud şəbəkə administratoru kimi
serverləri və başqa kompüterləri idarə etmək zərurəti yarandıqda bu proqramlar
əvəzsiz olur.
TeamViewer ( tim-vyuə kimi tələffüz olunur) belə
proqramlardan biridir. Bu gün
oxşar funksiyanı yerinə yetirən sərbəst yayılan və ya ticari məhsul olan çoxlu sayda
proqramlar mövcuddur: AeroAdmin, LiteManager, Radmin, RemotePC, Splashtop
və s.