11.
OK düyməsini çıqqıldadın və açıq pəncərələri qapadın.
ESRB (Entertainment Software Rating Board) ABŞ və
Kanadada kompüter
oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə
məşğul olan təşkilatdır. ESRB
reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc
hərfləri göstərilir. Bu təşkilat
haqqında İnternetdən məlumat toplayın. "Reytinq nişanı"
nədir və o nəyi müəyyən edir? Hansı reytinq kateqoriyaları
var?
Özünüzü yoxlayın
1. "İstifadəçi hesabı" nədir?
2. İstifadəçi hesablarının hansı növləri var?
3. Nə üçün administrator istifadəçi hesabından daimi olaraq istifadə edilməsi məsləhət
görülmür?
4. Uşaq istifadəçi hesabı nə üçün yaradılır?
5. Uşaq istifadəçi hesabına valideyn nəzarətinin hansı formaları var?