2.
Parental Controls bəndini çıqqıldadın. Valideyn nəzarəti dialoq pəncərəsi açılacaq
və orada kompüterinizdə yaradılmış bütün istifadəçi hesablanmn siyahısı görünəcək.
3.
Nəzarət etmək istədiyiniz istifadəçi hesabının simgəsini çıqqıldadın. User Controls
pəncərəsi açılacaq.
4.
Valideyn nəzarəti bölümündə On, enforce current settings variantını qeyd edin.
5.
Uşaqların kompüterə girişinə zaman məhdudiyyəti qoymaq üçün Time Limits
istinadını çıqqıldadın. Time Restrictions pəncərəsi açılacaq.
6.
Qadağan etmək (bloklamaq) istədiyiniz zaman intervallarını seçdirin (bax: növbəti
səhifədəki şəkil).
7.
Müəyyən oyunlara girişi məhdudlaşdırmaq üçün Games istinadını çıqqıldadın.
Game Controls pəncərəsi açılacaq.
8.
Ümumiyyətlə, uşağın kompüterdə oyun oynamasına qadağa qoymaq istəyirsinizsə,
No variantını qeyd edin. Əgər onun müəyyən oyunlara girişini məhdudlaşdırmaq
istəyirsinizsə, Yes variantını seçin.
9.
Oyunlara girişi ESRB oyun reytinq sisteminin əsasında məhdudlaşdırmaq üçün Set
game ratings istinadını çıqqıldadın. Açılan yeni pəncərədə uşaqların hansı reytinqli
oyunlan oynaya biləcəyini qeyd edin.
10.
Müəyyən növ oyunlara girişi də bloklamaq olar. Bunun üçün Block or Allow specific
games istinadını çıqqıldadın və açılan siyahıda lazım bildiyiniz variantları qeyd
edin.