5.
Administrator variantını qeyd edin.
6.
düyməsini çıqqıldadın.
Yeni istifadəçi hesabı yaranacaq.
7.
İndicə yaratdığınız istifadəçi hesabının simgəsini çıqqıldadın.
Change an
Account dialoq pəncərəsi açılacaq.
8.
Create a password istinadını çıqqıldadın. Create a password
dialoq pəncərəsi
açılacaq
9.
Vermək istədiyiniz parolu New password sahəsinə daxil edin.
Bu parolu
Confirm new password sahəsinə də yazın.
10.
Type a password hint sahəsində parol üçün ipucunu göstərin.
11.
Parolu yadda saxlamaq üçün
düyməsini çıqqıldadın.
Təbii ki, bu gün kompüter istifadəçiləri arasında uşaqlar da var. Ancaq kompüter
uşaqlar üçün nə qədər cəlbedici olsa da, onun təhlükələri də çoxdur. İndi İnternetdə
çoxlu sayda saytlar var ki, onların məzmunu uşaqlar üçün nəzərdə tutulmayıb.
Uşaqları belə zərərli və bəzən təhlükəli saytlardan qorumaq üçün çoxlu üsullar
vardır. Bu üsullardan biri də Windows əməliyyat sisteminin valideyn nəzarəti
funksiyasından istifadə etməkdir.
Uşaq istifadəçi hesabının yaradılması
1.
İdarəetmə panelini açı nvə User Accounts and Family
Safety kateqoriyasını seçin.
2.
User Accounts bəndinin Add or
remove user accounts altbəndini çıqqıldadın.
Hesabların idarə edilməsi dialoq pəncərəsi açılacaq.
3.
Create a new account istinadını çıqqıldadın
4.
İstifadəçi hesabının adı sahəsinə uşağın istədiyi sözü daxil edin.
5.
Standard user variantını qeyd edin.
6.
düyməsini
çıqqıldadın. Yeni istifadəçi hesabı yaranacaq.
Uşaqların kompüterdən istifadəsinə nəzarəti uşaq istifadəçi hesabına müəyyən
günlər və saatlar üçün məhdudiyyətlər qoymaqla tənzimləmək olar.
Uşaq istifadəçi hesabına valideyn nəzarətinin qurulması
1.
İdarəetmə panelini açın və User Accounts and Family Safety
kateqoriyasını seçin.