•
Administrator kompüteri bütövlükdə idarə edir, başqa
insanların ondan
istifadə etməsinə icazə verir və ya qadağa qoyur. Adətən, kompüterin
administratoru onun sahibi olur. Başqa istifadəçilərin qeydiyyat yazısını da
o kökləyir.
•
Adi istifadəçilər əməliyyat sisteminin imkanlarının
əksəriyyətindən istifadə
edə bilər, ancaq ora dəyişiklik edə bilməzlər; məsələn, onlar proqramlar
quraşdıra bilməsələr də, onlan başlada bilirlər.
•
Qonaqlara da kompüterdən istifadə etməyə icazə verilir,
ancaq onların
başqa qonaqlardan fərqli adı olmur. Başqa sözlə, bütün qonaq istifadəçilər
eyni adla (Guest) sistemə daxil olurlar.
Diqqət!
Kompüterinizə ziyanverici proqram düşmüş ola bilər və siz administrator kımı
sistemə daxil olduqda həmin proqram administrator hüququndan istifadə edib
sistemin işini poza və çox böyük ziyan vura bilər. Məhz buna görə məsləhət görülür
ki, kompüterin sahibi özü üçün iki istifadəçi yazısı yaratsın: administrator və adi
istifadəçi. Çox zaman gündəlik iş zamanı adi istifadəçinin səlahiyyətləri tamamilə
yetərli olur.
Administrator istifadəçi hesabının köklənməsi
1.
İdarəetmə panelini açın və İstifadəçi hesabları və ailə təhlükəsizliyi (User Accounts
and Family Safety ) kateqoriyasını seçin.
2.
User Accounts bəndinin Add or
remove user accounts altbəndini çıqqıldadın.
Hesabların idarə edilməsi dialoq pəncərəsi açılacaq.
3.
Pəncərənin aşağısındakı Create a new account istinadını çıqqıldadın.
4.
İstifadəçi hesabının adını (məsələn: Ata ) daxil edin.