Əgər siz noutbukda və ya kəsilməz enerji qaynağına (Uninterruptible Power Supply,
UPS) bağlanmış masaüstü kompüterdə işləyirsinizsə, onda elektrik sərfiyyatının
idarə edilməsi planının uyğun parametrləri iki sütunda verilir ( bax:"Addım-addım"
bölümdəki şəkil). Birinci sütun "batareyadan" (On battery), ikinci
sütun isə "elektrik
şəbəkəsindən" (Plugged in) adlanır.
Aydındır ki, kompüter şəbəkədən deyil, akkumulyatordan qidalandıqda elektrik
enerjisinə qənaət edilməsinə zərurət yaranır. Ona görə də noutbuklar üçün uyuma
rejiminə keçid intervalının daha qısa qoyulmasının mənası var (1-2 dəqiqə
kifayətdir).
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi saytından
(
www.tariffcouncil.gov.az ) ölkəmizdə elektrik
enerjisinin 1 kilovat-saatının
qeyri-əhali sektoru üçün pərakəndə satış qiymətini öyrənin.
Məktəbinizdəki kompüterlərin sayı, onların gün ərzində təxminən neçə saat
işləməsi haqqında araşdırma aparın. Bu kompüterlərin 1 ay ərzində təxminən nə
qədər elektrik enerjisi sərfetdiyini hesablayın. Bu xərcləri necə azatmaq haqqında
fikirlərinizi söyləyin.
Özünüzü yoxlayın
1. Kompüter sisteminin enerji sərfiyyatı nədən asılı olur?
2. Kompüterin bir saatda nə qədər elektrik enerjisi sərf etdiyini təxmini olaraq necə
hesablamaq olar?
3. "Qış yuxusu" rejimi nədir və o, uyuma rejimindən nə ilə fərqlənir?
4. Elektrik sərfiyyatının idarə edilməsi nə deməkdir?
5. "Kəsilməz enerji qaynağı" nədir və ondan hansı məqsədlə istifadə olunur?