2
Proqram təminatı (software)
aparat vasitələrini işləməyə məcbur edən komandalar toplusudur.
Yerinə yetirdikləri işlərin növünə görə proqram təminatını bir neçə
sinfə ayırmaq olar: kompüteri idarə edən
sistem proqram təminatı (system software),
tətbiqi məsələlərin kompüter vasitəsilə həlli üçün nəzərdə tutulmuş
tətbiqi proqramlar (application Software)
və bu iki növ proqramların özlərinin yazıldığı
proqramlaşdırma dilləri (programming languages).
3
İnformasiya sisteminin üçüncü elementi verilənlərdir (data). Burada
verilənlərə faktlar toplusu kimi baxmaq olar; məsələn: yaşadığınız
ünvan, telefon nömrəniz, oxuduğunuz məktəb - bunların hamısı
verilənlərdir. Verilənlər öz-özlüyündə o qədər də faydalı deyil,
ancaq bir yerə yığılmış, indekslənmiş və verilənlər bazası
(database) şəklində təşkil olunmuş verilənlər çox güclü alət ola
bilər. Ona görə də informasiya sistemlərində verilənlər, adətən,
verilənlər bazası şəklində saxlanılır. Bu bazalara müxtəlif növ
verilənlər toplanılır və çeşidli məsələlərin həllində, qərarların
qəbul edilməsində onlardan istifadə olunur.
Diqqət!
Bəzən informasiya sistemlərinin informasiya texnologiyaları
kateqoriyasına dördüncü komponentin -
rabitə və ya kommunikasiya vasitələrinin (communication)
də əlavə edilməsinin vacibliyi qeyd olunur. Ancaq məsələ ondadır
ki, informasiya sistemləri kommunikasiya imkanları olmadan da
aynca bir fərdi kompüterdə mövcud ola bilər. Digərtərəfdən
şəbəkələrin özləri də texniki baxımdan aparat və proqram
təminatından ibarətdir.
4İnformasiya sistemlərini onların
istifadəçiləri (users) -
insanlar olmadan təsəvvür etmək olmaz. İnformasiya sisteminin
istifadəçilərini bir neçə qrupa ayırmaq olar:
1) təsadüfi istifadəçi - belə
istifadəçinin İS ilə qarşılıqlı əlaqəsi onun xidməti vəzifəsi ilə
bağlı olmur;
2)
son istifadəçi (end user)
- informasiya sistemi məhz bu şəxs(lər) üçün nəzərdə tutulub.
Sistemin işlənib-hazırlanması ilə məşğul olan şəxslərdən fərqli
olaraq, son istifadəçi (məsələn: mühasib, iqtisadçı, bölmə
rəhbəri) yalnız ondan istifadə edir;
3)
İS heyəti - bu heyətə
aşağıdakı mütəxəssislər daxildir:
-
verilənlər bazasının inzibatçısı (database administrator,
DBA)
son istifadəçilərin tələbatını anlayan bu mütəxəssis onlarla
sıx təmasda işləyir və verilənlər bazasının
müəyyənləşdirilməsi, yüklənməsi, qorunması və səmərəli
işləməsinə cavabdehdir. O, informasiyanın toplanması prosesini
uzlaşdırmalı, verilənlər bazasını layihələndirməli və istismar etməli, istifadəçilərin cari və perspektiv tələbatlarını nəzərə almalıdır.
-
sistem analitiki (systems analyst)
son istifadəçilərin tələbatına əsaslanaraq informasiya
sisteminin riyazi modelini quran mütəxəssisdir. O, tətbiqi
proqramçılar üçün məsələlər hazırlayır.
-
sistem proqramçısı (systems programmer)
sistem və ya şəbəkə proqramlarını işləyib-hazırlayan, yaxud
onlara xidmət edən mütəxəssisdir.