Bu pəncərəni açmaq
üçün
İdarəetmə panelində öncə Hardware and Sound bölümünün başlığını, sonra
isə Power Options bəndini çıqqıldadın.
Orada kompüterinizin elektrik sərfiyyatının idarə edilməsi üzrə
müxtəlif planlar təqdim olunub. Əlavə qidalanma planlarına baxmaq
üçün Show additional plans siyahısını
açın.
Hər bir plan kompüterin qidalanmasının idarə edilməsi sxeminin iki
komponentini idarə edir:
• monitorun avtomatik sönməsinədək
Windows-un gözləmə müddəti;
• Windows-un kompüteri uyuma rejiminə
keçirdiyi anadək keçən gözləmə müddəti.
Uyuma rejiminə keçənədək olan zaman intervalı sizin daxil etdiyiniz
verilənlər əsasında hesablanır. Planı seçmək üçün onu qeyd edin.
Power Saver planı istifadəçilərin
əksəriyyətini qane edir. Elektrik sərfiyyatı planını seçdikdən sonra
Power Options pəncərəsini qapadın.
İstənilən planı kökləyə və ya pəncərənin sol hissəsində yerləşən
Create a power plan
istinadını çıqqıldatmaqla öz planınızı yarada bilərsiniz. Ekranda
əks olunan göstərişlərə əməl edin və sonda elektrik sərfiyyatı
planınıza anlamlı ad verin.
"Qış yuxusu" rejiminin seçilməsi
1.
İdarəetmə panelini açın.
2.
Hardware and Sound kateqoriyasını seçin.
3.
Power Options bölümündə Choose what
the power buttons do bəndini çıqqıldadın.
4.
When I press the power button siyahısında Hibernate variantını seçin.
5.
Dəyişikliyi yadda saxlamaq üçün
düyməsini çıqqıldadın.
6.
İdarəetmə panelinin pəncərəsini qapadın.