məsələn, 30 saniyə ərzində dövrlərinin miqdarı hesablanır. Sonra lampa söndürülüb,
kompüter yandırılır və hansısa "ağır" proqram başladılır. Yenə də dövrlərin sayı
hesablanıb əvvəlki nəticə ilə müqayisə olunur. Əgər fərq çox olarsa, təcrübəni 200
vatlıq lampa ilə təkrarlamaq olar.
Müasir kompüterlərdə əvvəlkilərlə müqayisədə daha az enerji sərf edilir. Bununla
yanaşı, indi kompüterlər enerjiyə qənaət baxımından bir neçə rejimdə işləyə bilir.
Uyuma rejimində (sleep mode) kompüterin istifadə olunmayan
blokları söndürülür
və qurğu az enerji sərfi rejiminə keçir. Bu rejimdə sərt disk söndürülsə də,
proqramlar operativ yaddaşda qalır və kompüter işini ani olaraq bərpa edir. Bu
rejimdə sistemin ümumi gücünün 7-10%-i istifadə olunur.
"Qış yuxusu" rejimində (hibernate mode) verilənlər ayrıca
faylda saxlanılır və
kompüter tamamilə enerjidən kəsilir. Uyuma rejimi ilə müqayisədə bu rejimdə
kompüter işini daha yavaş bərpa edir. Enerji sərfi 5-10 vatt olur.
Tam sönmə rejimində (shutdown mode) sistem tamamilə
söndürülür, bütün
saxlanmamış verilənlər itirilir. İşə başlamaq üçün sistem yenidən yüklənməlidir. Bu
rejimdə enerji sərfi 4-5 vatt olur.
Göründüyü kimi, kompüter istənilən rejimdə az da olsa elektrik enerjisi sərf edir.
Ona görə də elektrik enerjisi sərfiyyatının düzgün idarə edilməsi çox önəmlidir.
Elektrik sərfiyyatının idarə edilməsi dedikdə kompüterin və
başqa cihazların
(məsələn: televizorun) istifadə etdiyi elektrik enerjisinin səmərəli idarə olunması
nəzərdə tutulur. Elektrik sərfiyyatı rejiminin idarə edilməsi kompüterə uyuma və ya
yuxu vəziyyətinə keçməyə imkan verir.
Windows əməliyyat sistemində elektrik enerjisi sərfiyyatının idarə edilməsi
parametrləri Power Options pəncərəsində saxlanılır.