5.3
Kompüterİn elektrİk enerjİsİ sərfİyyatİnİn İDARƏ EDİLMƏSİ
Kompüterin nə qədər elektrik enerjisi işlətdiyini necə bilmək
olar? Gücü 100 vatt olan lampa aldıqda biz onun 1 saata nə qədər
enerji sərf edəcəyini qabaqcadan bilirik. Kompüterdə bu məsələ
bir qədər "qəlizdir", çünki enerji sərfiyyatı kompüter
sisteminin konfiqurasiyasından. onun qrafik imkanlarından və
hətta görülən işdən asılı olur.
• Sizcə, masaüstü
kompüterin hansı qurğusu - monitor, sistem bloku, printer, yoxsa
skaner daha çox enerji işlədər?
FƏALİYYƏT
Tutaq ki, orta güclü kompüter gün ərzində 5 saat işləyir və bu
müddətin çox hissəsi İnternetdə saytlara baxmağa, ünsiyyət
proqramlarından istifadə etməyə, sadə oyunlara sərf olunur. Bu zaman
sistem bloku 1 saatda təxminən 180 vatt, monitor isə 40 vatt sərf
edir. Buna 19 saatlıq gözləmə rejimindəki sərfiyyatı da (1 saatda 4
vatt) əlavə etmək lazımdır, çünki işləmədiyiniz müddətdə kompüteri
elektrik şəbəkəsindən ayırmırsınız.
- Bir günvə bir ay ərzində kompüterinizin işlətdiyi elektrik
enerjisi neçə kilovat olacaq?
- Ölkəmizdə elektrik enerjisinin 1 kilovat-saatının əhaliyə
pərakəndə satış qiymətinin təxminən 10 qəpik olduğunu nəzərə alsaq,
bir ay ərzində bu xərcin manatla ifadəsi nəyə bərabər olacaq?
Dərsin başlanğıcında qoyulmuş suala bir daha qayıdaq: kompüterin bir
saatda nə qədər elektrik enerjisi sərf etdiyini necə bilmək olar?
Bunu ən azı iki üsulla etmək mümkündür: dəqiq və təxmini.
Elektrik sərfİyyatını
dəqiq ölçmək üçün xüsusi
qurğudan - vattmetrdən istifadə olunur. Sadə
vattmetri istər mağazalardan, istərsə də
İnternetdən almaq olar.
Təxmini hesablama isə belə aparılır: evdə bütün
elektrik cihazları, lampaları söndürülür, yalnız
bir 100 vatlıq lampa yanılı saxlanılır. Sayğacın,
Açar
sözlər
• Uyuma rejimi
• "Qış yuxusu" rejimi
• Tam sönmə rejimi
• Elektrik sərfiyyatinin idarə
edilməsi
• Kəsilməz enerji qaynağı