1.
Kompüterin səs kartı insan səsini yamsılaya bilər. Windows
əməliyyat sisteminin özündə “danışan” proqram təminatı var. Onu
dinləmək üçün Start menyusunu açın və
All Programs Accessories
Ease of Access Narrator
komandasını seçin. Proqram çalışmağa
başlayan kimi açıldığı pəncərədəki yazılan oxuyacaq. Proqramı
sınaqdan keçirin. İnternetdən bu proqramla bağlı məlumat
toplayın. Bu proqramın yaradılmasının əsas məqsədi nə olub? O
hansı dilləri dəstəkləyir?
2.
Dilmanc layihəsi ilə tanış olun (dilmanc.az). Layihə çərçivəsində yaradılmış Azərbaycan dili üçün nitqin tanınması və mətnin səsləndirilməsi
sistemlərini sınaqdan keçirin.
Özünüzü yoxlayın
1. Kompüterin səs informasiyası ilə işləyən qurğuları hansıdır?
2. Mikrofonun köklənməsi komandası İdarəetmə panelinin hansı bölümündə yerləşir?
3. Səs kartının funksiyası nədən ibarətdir?
4. Windows əməliyyat sistemində hadisələrə səs effektləri bağlamaq üçün nə etmək
lazımdır?
5. Nitqin tanınması sistemlərindən hansı məqsədlər üçün istifadə etmək olar?