Windows-un tərkibində nitqin tanınması proqramı ilə iş zamanı
istifadə olunan komandaları asanca mənimsəməyə kömək edən xüsusi
tədris kursu vardır. Onun tam keçilməsinə təxminən 30 dəqiqə tələb
olunur. Bu tədris kursunu başlatmaq üçün
Control Panel
Ease of Access
Speech Recognition
Start Speech Recognition
komandasını seçin və kursun təklif etdiyi təlimata uyğun hərəkət
edin.
Nitqin tanınması proqramı istifadəçinin səsini və tələffüz etdiyi
komandaları tanımaq üçün bənzərsiz danışıq profilindən istifadə
edir. Nitqin tanınmasından istifadə etdikdə sizin danışıq profiliniz
daha əhatəli olur ki, bu da kompüterə komandalarınızı daha yaxşı
yozmağa (interpretasiya etməyə) kömək edir. Bu mərhələni keçmək üçün
Control Panel
Ease of Access
Speech Recognition
Train your Computer to better understand you
komandasını seçin və kursun təklif etdiyi təlimata uyğun hərəkət
edin. Nəzərə alın ki, nitqin tanınması proqramından gerçək nəticə
əldə etmək üçün onunla 9-12 saat məşq etmək lazımdır.
Windows müxtəlifhadisələrə, hərəkətlərə müəyyən səslər bağlamağa
imkan verir.
Hadisələrə səs effektlərinin bağlanması
1.
Sound dialoq pəncərəsini açın və Sounds səhifəsinə keçin.
Program Events siyahısında Windows-un və bəzi proqramların
yerinə yetirə biləcəyi müxtəlif əməliyyatlar verilib. Bu
hadisələrin hər birini müəyyən səslərlə bağlamaq olar.
2.
Səs təyin edəcəyiniz hadisəni seçin; məsələn, tutaq ki, siz poçt gələndə müəyyən
siqnalın verilməsini istəyirsiniz. Bunun üçün New Mail
Notification sətrini seçin.
3.
Həmin hadisəyə bağlanmış səsi yoxlamaq üçün
düyməsini çıqqıldadın.
4.
Bu hadisəyə yeni səs təyin etmək üçün pəncərinin aşağısındakı Sounds siyahısından
başqa bir səs seçib yoxlayın.
5.
Bu səslər sizi qane etmirsə
düyməsindən istifadə edərək istədiyiniz səs
faylının saxlandığı yeri göstərin.
6.
OK düyməsini çıqqıldadın.
7.
Windows-da bir neçə hazır səs sxemi müyyənləşdirilib ki, onların da pəncərənin yuxansındakı
Sound Scheme siyahısından seçmək olar. Öz sxeminizi yaratmaq
istəyirsinizsə, xoşladığınız səsləri müəyyənləşdirdikdən sonra
düyməsindən istifadə etməklə onlan yeni ad altında saxlayın. Nəzərə alın ki, hadisələrə
MP3 və ya MIDI formatlı fayllar təyin etmək olmur. Buna görə də istədiyiniz səs
həmin formatlardan birindədirsə, öncə həmin faylı WAV formatına çevirin, sonra
ondan istifadə edin.