2.
Siyahıdan səs qurğusunu, məsələn, səsucaldanları (Speakers and
Headphones) seçin.
3.
düyməsini çıqqıldadın. Yeni pəncərə açılacaq.
4.
düyməsini çıqqıldatmaqla səsucaldanların işini-səslənmənin
keyfiyyətini yoxlayın.
5.
düyməsini iki dəfə ardıcıl olaraq çıqqıldadın, sonda isə
düyməsini çıqqıldadın.
6.
OK düyməsini çıqqıldatmaqla Sound dialoq pəncərəsini qapadın.
Kompüteri səs vasitəsilə də idarə etmək mümkündür. Sizin
səsləndirdiyiniz komandalara o cavab verə və ya söylədiklərinizi
mətn kimi yaza bilər. Windows-un
nitqin tanınması (speech recognition)
funksiyasından istifadəyə başlamazdan öncə onu öz kompüterinizdə
kökləməlisiniz. Nitqin tanınması funksiyasının köklənməsi 3
mərhələdən ibarətdir. Bunun üçün mikrofonu kökləmək, kompüterlə
düzgün danışmağı öyrənmək və kompüterə sizin nitqinizi anlamağı
öyrətmək lazımdır. Bu işə başlamazdan öncə əmin olun ki, mikrofon
kompüterə qoşulub.
Mikrofonun köklənməsi
1.
Control Panel pəncərəsini açın.
2.
Ease of Access kateqoriyasını seçin.
3.
Speech Recognition bəndim çıqqıldadın və açılan yem siyahıdan
Set up microphone variantını seçin.
4.
Mikrofonu kökləmək üçün açılan Microphone Setup Wızard
pəncərəsindəki göstərişləri yerinə yetirin.