• Bu qurğulardan hansı giriş,
hansı çıxış kateqoriyasına aiddir?
• Kompüterdə səs fayllarının
hansı növləri var?
FƏALİYYƏT
Kompüterdə geniş istifadə olunan səs faylları haqqında mətn
redaktorunda belə bir cədvəl hazırlayın və onun boş xanalarını
doldurun.
Faylın növü |
İstifadə sahələr |
WAV |
|
MP3 |
|
MIDI |
|
- Eyni informasiyanın yazıldığı bu fayllardan hansı kompüterin
yaddaşında daha az yer tutar?
- Səs informasiyası kompüterdə necə kodlaşdırılır?
Kompüterin audio sisteminin üç mühüm komponenti var: səs kartı,
səsucaldanlar və mikrofon.
Səs kartı (sound card) ya birbaşa kompüterin sistem lövhəsində yerləşdirilir, ya da
elə həmin sistem lövhəsinin yuvasına (slotuna) taxılan genişləndirmə lövhəsi
şəklində olur. Bir tərəfdən səs kartı sintezator kimi çıxış edir və yüksəkkeyfıyyətli
rəqəmli stereosəsin çıxışını təmin edir, digər tərəfdən səsi yazan və rəqəmləşdirən
qurğu kimi çıxış edir.
Hər bir kompüterin sistem blokunda daxili dinamiki olsa da, səs kartının imkanlarından istifadə etmək üçün kompüterə xarici səsucaldanlar (speakers) lazımdır.
Səsucaldanlar, sadəcə, səsi yüksəldərək çıxışa verir, kompüterdəki verilənlərin ikilik
koddan səsə çevrilməsini isə səs kartı yerinə yetirir. Səsucaldanlar səs kartının
çıxışına qoşulur.
Səs informasiyasını kompüterə daxil etmək üçün mikrofondan (microphone) istifadə
olunur və o, səs kartının girişinə taxılır. Mikrofon səs dalğalarını elektrik siqnalına
çevirir. Kompüterlərdə çox zaman qulaqlığa (headphones) bitişik mikrofonlardan
istifadə olunur.