8. Erişim asanlığı (Ease of
Access). Bu bölüm görmə və eşitmə qüsuru olan, eləcə
də hərəkət imkanları məhdud olan insanların işləməsinə yardım məqsədilə sistemin
köklənməsi üçün nəzərdə tutulub.
İdarəetmə panelinin bütün qruplarına diqqətlə baxılsa, yəqin ki, bəzi komandaların
bir neçə fərqli bölümdə olduğunu görmək olar. Ona görə də kateqoriyalarla işləmək
həmişə əlverişli olmur, çünki hansısa kökləmənin məhz hansı bölümdə olacağını
qabaqcadan sezmək asan olmur. Bu dolaşıqlıqdan çıxış İdarəetmə panelini başqa bir
rejimdə - bütün elementlərin eyni zamanda bir pəncərədə göstərilməsi rejimində
açmaqdar. Həmin rejimə keçmək üçün Control Panel pəncərəsinin sağ yuxarı
hissəsindəki View by siyahısında Small icons və ya Large icons variantını seçmək
lazımdır.
İdarəetmə panelində bu dərsdə verilmiş şəkillərdə gördüyünüz standart
simgələrdən fərqli başqa simgələr də ola bilər. Kompüterinizin İdarəetmə panelini
diqqətlə gözdən keçirin. Orada əlavə simgələr tapdınızmı? Əgər tapdınızsa, həmin
simgələrin hansı proqramlarla bağlı olduğunu aydınlaşdırın.
Özünüzü yoxlayın
1. "İdarəetmə paneli" nədir?
2. İdarəetmə panelinin elementləri necə qruplaşdırılıb?
3. Birgə istifadəli printerə qoşulmaq İdarəetmə panelinin hansı bölümünə daxil olmaq
lazımdır?
4. İş masası və pəncərələrin elementlərinin xarici görünüşünü kökləmək üçün hansı bölüm
nəzərdə tutulub?
5. "Erişim asanlığı" qrupunda sistemin hansı parametrlərini kökləmək olur?