5. İstifadəçi hesabları və ailə təhlükəsizliyi (User
Accounts and Family Safety).
Burada istifadəçilərin hesablarının köklənməsi, onların uzaqlaşdırılması, yeni hesabların əlavə
edilməsi, eləcə də valideyn nəzarətinin quraşdırılması həyata keçirilir.
6. Görünüş və fərdiləşdirmə (Appearance and
Personalization). Bu bölümdə Start
menyusunun və tapşırıqlar zolağının, iş masası və pəncərələrin elementlərinin xarici
görünüşünün köklənməsi, eləcə də sistemin xarici görünüşünün mümkün
köklənmələri həyata keçirilir.
7. Saat, dil və bölgə (Clock, Language, and Region). Tarixin, zamanın, saat qurşağının, eləcə də sistemdə istifadə olunan dilin və regional standartların quraşdırılması
bu bölümdə aparılır.