Açar
sözlər
• Sistem
• İnformasiya sistemi
(İS)
• İnformasiya sisteminin
elementləri
• İnformasiya
texnologiyaları
• Verilənlərbazası
• Proses
• İnformasiya sisteminin
istifadəçiləri
Ayrıca bir masa da sistemdir, ancaq masanın ayağı sistem deyil (əlbəttə, mikroskopik baxımdan o
da sistemdir, çünki molekul və atomlardan təşkil olunub və onlar
arasında əlaqə var).
Ümumi sistemlər nəzəriyyəsinə görə, istənilən gerçək obyektə
(əşya və ya hadisəyə) sistem kimi baxmaq olar. Eyni zamanda
istənilən sistemə müstəqil obyekt kimi baxmaq olar. Sual
yaranır:
bəlkə, "obyekt" və "sistem" anlayışları sinonimdir? Həm hə, həm də
yox. Onlar fərqli kontekstlərdə istifadə olunur və obyektə fərqli
baxışları əks etdirir; məsələn: "Gedim kompüterdə işləyim" və ya
"Kompüter oyuncaq deyil" deyəndə biz kompüterə obyekt kimi
yanaşırıq. Ancaq "Kompüterin əsas hissələri sistem bloku, monitor,
klaviatura və siçandır" və ya "Kompüter aparat və proqram
təminatının məcmusudur" ifadələrində kompüterə sistem kimi baxılır.
Hər hansı obyektə sistem kimi baxmaq üçün öncə onu təşkil edən əsas
elementləri və onlar arasında qarşılıqlı əlaqələri ayırmağı bacarmaq
lazımdır. Həm də nəzərə almaq lazımdır ki, bu əlaqələr müxtəlif -
fiziki, kimyəvi, bioloji, sosial və başqa təbiətli ola bilər.
"Sistem" anlayışı informatikada da geniş yayılıb və bir çox
mənalarda işlənir. Bu sözdən çox zaman texniki vasitələr və
proqramlar toplusunda istifadə olunur; məsələn: kompüter sistemi,
əməliyyat sistemi, telekommunikasiya sistemi və s. Belə
anlayışlardan biri də "informasiya sistemi"dir.
İnformasiya sistemi (information system)
dedikdə informasiyanın toplanması, saxlanması və istifadəçilər üçün
erişimli (əlçatan) olmasını təmin edən sistem nəzərdə tutulur.
Hər hansı informasiya sistemi (İS) 5 əsas komponentdən ibarətdir:
aparat təminatı, proqram təminatı, verilənlər, istifadəçilər və
proses.
1.
Aparat
təminatı
2.
Proqram
təminatı
3.
Verilənlər
4.
İstifadəçilər
5.
Proses
İnformasiya sisteminin əsas komponentləri
İnformasiya sisteminə bəzən yanlış olaraq yalnız ilk üç komponenti -
aparat təminatını, proqram təminatını və verilənləri aid edirlər.
Əslində isə bu üç komponent
informasiya texnologiyaları
kateqoriyasını təşkil edir.
1
İnformasiya sisteminin
aparat təminatı (hardware)
onun əllə toxunula bilən hissəsidir. Aparat təminatına kompüterlər,
onların ayrı-ayrı hissələri, o cümlədən periferiya qurğuları aiddir.