Internet Explorer brauzerinin xassələrinə baxmağı və zəruri kökləmələri yerinə
yetirməyi (məsələn: başlanğıc səhifəni dəyişməyi) də bu bölümdə etmək olar. Bu
işlərlə 10-cu sinifdə tanış olmusunuz.
3. Avadanlıq və səs (Hardware and Sound). Bu bölümdə
kompüterin siçan, printer,
monitor, videokart və səs kartı da daxil olmaqla qurğularını gözdən keçirtmək və
onların parametrlərini kökləmək olar. Sistemin elektrik enerjisinə qənaət parametrlərinin köklənməsi
və optik disklərin avtomatik başladılması parametrlərinin dəyişdirilməsi də bu bölümə daxil edilib.
4. Proqramlar (Programs). Bu bölümün köməyi ilə
quraşdırılmış proqramları, eləcə
də əməliyyat sisteminin özünün bəzi komponentlərini uzaqlaşdırmaq və ya dəyişdirmək olar. Müəyyən
məsələlər üçün hansı proqramların susqunluqla istifadə ediləcəyini burada seçmək və iş masasında
qacetlərin (istifadəçiyə əlavə informasiya,
məsələn, hava proqnozu və ya valyuta məzənnəsini verən kiçik tətbiqi proqramları)
əks etdirilməsini də burada kökləmək olar.