Əməliyyat sisteminin müxtəlif komponentlərini kökləmək üçün İdarəetmə panelində
çoxlu sayda simgələr vardır. İstifadənin rahatlığı məqsədilə Windows 7 əməliyyat
sistemində onlar 8 qrupda birləşdirilib:
1. Sistem və təhlükəsizlik
2. Şəbəkə və İnternet
3. Avadanlıqlar və səs
4. Proqramlar
5. İstifadəçi hesabları və ailə təhlükəsizliyi
6. Görünüş və fərdiləşdirmə
7. Saat, dil və bölgə
8. Erişim asanlığı (Ease ofAccess)
1. Sistem və təhlükəsizlik (System and Security). Bu
bölümdə kompüterinizin vəziyyətini yoxlamaq və mümkün problemləri (məsələn: hansısa proqramın
başladılması
zamanı yaranan nazasızlıqları və ya virusa yoluxma şübhələrini) həll etmək üçün
utilitlər toplanıb. Windows-un təhlükəsizlik və yenilənmə parametrlərinin
köklənməsini, quraşdırılmış sistem haqqında məlumatlara baxılmasını, verilənlərin
arxivləşdirilməsi və bərpasını, elektrik enerjisi ilə təchizat planının idarə edilməsini,
eləcə də kompüterin idarəedilmə parametrlərinin dəyişdirilməsini də bu bölümdə
etmək olar.
Ümumiyyətlə, bu bölümdəki dəyişikliklərə çox ehtiyatla yanaşmaq lazımdır, çünki
onların bir çoxu əməliyyatsisteminin işləmək qabiliyyətinə və pisniyyətli təsirlərdən
qorunma dərəcəsinə birbaşa təsir göstərə bilər.
2. Şəbəkə və İnternet (Network and Internet). Burada qlobal İnternet şəbəkəsinə və
lokal şəbəkəyə girişi idarə etmək və onlara qoşulma parametrlərini dəyişdirmək olar.